Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistana sığınan xainin anasından ilginc açıqlama...

Ermənistana sığınan xainin anasından ilginc açıqlama...


5-02-2015, 12:15
Ermənistana sığınan xainin anasından ilginc açıqlama...
“Hər gün dua edirdim ki, oğlumun ailəsi Ermənistanı tərk etsin. Onlar ölkəni tərk etsə, qurban kəsərəm”.

Bunu AzVision.az-a açıqlamasında Ermənistanı tərk etdiyi deyilən İlqar Orucovun anası Mirvari Orucova deyib. O, oğlunun siyasi sığınacaq aldığı Ermənistanı tərk etməsinə sevindiyini bildirib:

“Təki bu qara ləkə üstümdən götürülsün. Oğlumdan hər hansı bir zəng gəlməyib. Onunla heç bir əlaqəmiz yox idi. Oğlumun getməsi ilə bağlı mətbuatda danışdım və bu, onun xoşuna gəlmədi. Oğlum Ermənistana gedəndən sonra mənə yazmışdı ki, “bəyəm mən vətən xainiyəm? Başqa ölkəyə getmək istəyirdim və buna görə başqa çarəm yox idi. Ona görə də Ermənistana keçməli idim”. Ondan sonra heç nə yazmadı. Bircə ona demişdim ki, Ermənistanı tərk etməlisən”.

Xatırladaq ki, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Eqanyan yerli mətbuata bildirib ki, Ermənistanda siyasi sığınacaq alan Orucovlar ailəsi bu ölkəni tərk edib.

Eqanyanın sözlərinə görə, Orucovlar dekabrın əvvəlində Ermənistandan çıxıb. Onların hansı ölkəyə getmək barədə məlumat verilmir.

Qeyd edək ki, ötən ilin yanvar ayının 29-da Azərbaycan vətəndaşı Cavid Orucov siyasi sığınacaq almaq məqsədilə Ermənistana müraciət edib. Sonradan məlum olub ki, Azərbaycan vətəndaşlığından imtina etmək və üçüncü ölkədə sığınacaq almaq üçün ailəsi ilə birgə Ermənistana gediblər.

Geri qayıt