Əsas Səhifə > Güney Press / Ana xəbər > Hacıbala Abutalıbovun narazılıq yaradan işçisi insult oldu
Hacıbala Abutalıbovun narazılıq yaradan işçisi insult oldu5-02-2015, 09:03 |
![]() Qafqaz Xəbər Agentliyi olaraq xeyli müddət Bakı ŞİH maliyyə idarəsinin rəisi Elçin Əliyevin qanunsuz əməllərindən yazmışıq. Qısa xatırlatma üçün bildirək ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayan Əli Əkbərov divar qonşusu, Bakı ŞİH-nin maliyyə idarəsinin rəisi Elçin Əliyevin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini, eyni zamanda qonşuluq münasibətlərini kobud şəkildə pozaraq ona məxsus yaşayış evindən 1 metr məsafədə qazanc məqsədilə 7 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etdirməsi və ona ciddi problemlər yaratması barədə redaksiyamıza müraciət eləmişdi. Yuxarıdakı mətndə 2 ifadə çox şey deyir: divar qonşusu və qonşuluq münasibəti… Bəlkə də hansısa məcəlləni, hansısa maddəni pozmaq olar və buna görə insanı bağışlamaq olar. Ancaq yazılmamış məcəlləyə, qanuna görə, divar qonşusunun haqqını tapdamaq olmaz. Həm də atalar demişkən: Mal sahibi, mülk sahibi…Hanı onun ilk sahibi…? Əkbərovun sözlərinə görə, dəfələrlə Elçin Əliyevin özü ilə söhbət aparıb və gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsini ondan xahiş edib. Ancaq Elçin Əliyev gülərək zərərçəkənə bildirib ki, sənin evinin yerində də ikinci bir bina tikdirəcəm. …Bəli, redaksiyamıza daxil olan məlumata görə, Elçin Əliyev daha 7 mərtəbəli buludların üzəri ilə uçmur. Bakı ŞİH-in maliyyə idarəsinin rəisi Elçin Əliyevi insult vurub. Allah şəfa versin, üzü bəri olsun. Əlbəttə başqasının faciəsinə sevinmək insanlığa yaraşan hal deyil. Amma insan oğlu, adam qızı da gərək başqasının haqqını tapdalamasın. Həm də bütün dinlərdə mülkiyyət müqəddəs sayılır. ![]() ![]() Geri qayıt |