Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səlim Müslümovun adamı özünə rəsmən bazar açıb

Səlim Müslümovun adamı özünə rəsmən bazar açıb


4-02-2015, 16:42
Səlim Müslümovun adamı özünə rəsmən bazar açıb
DİA.AZ: - Sabirabad Sosial Təminat Şöbəsinin müdir əvəzi Vüsal Talıbov Kovlar kənd sakini İbrahimov Şahini məhkəməyə verib. Vüsal Talıbov iddia edir ki, Şahin İbrahimov şəxsi mülkiyyətində avtomobil olmasını dövlət qurumlarından gizlədib.

DİA.AZ xəbər verir ki, əslində isə Ş. İbrahimovun mülkiyyətində heç bir vaxt avtomobil olmayıb. Şikayətçi vətəndaş bildirir ki, Şirvan Regional Qeydiyyat İdarəsindən də arayış alaraq müulkiyyətində şəxsi nəqliyyat vasitəsi olmadığını sübut edir.

Buna baxmayaraq 3 azyaşlı uşaq atası olan və hazırda ailənin heç bir gəliri olmamasına baxmayaraq Sabirabad Rayon Sosial Müdafiə Mərkəzinin müavini İlqar müəllim Ş.İbrahimovu danışığa dəvət etmiş və ona başqa bir sosial yardım alan sakinin kartını təklif edib və bildirib ki, get pulu bankomatdan çıxar.
Lakin İlqar müəllimin bu təklifi ilə Şahin İbrahimov razılaşmadığına görə, ona bildirilib ki, 500 manat «şapka» verilməsə, onlara yardım təyin olunmayacaq.

Ş.İbrahimov pulunun olmadığını bildirib və bundan sonra Vüsal Talıbov sosial yardım almaq istəyən vətəndaşdan Sabirabad Rayon Məhkəməsinə şikayət edərək ona qarşı iddia qaldırıb. İddiasında V.Talıbov şikayətçi Ş.İbrahimovdan işgüzar nifuzuna xələl gətirdiyinə görə 500 manat təzminat tələb edir. Tərəflər arasında məhkəmənin hazırlıq iclası fevral ayının 12-ə təyin edilib. Şahin İbrahimov bizə müraciət edərək Sabirabad rayonu ərazisində sosial yardım ala bilməyən aztəminatlı vətəndaşlardan xahiş edir ki, feralın 12-də onun məhkəməsinə gəlsinlər.

Geri qayıt