Əsas Səhifə > Güney Press / Ana xəbər > Daxili işlər nazirinə müraciət olundu

Daxili işlər nazirinə müraciət olundu


4-02-2015, 16:18
Daxili işlər nazirinə müraciət olundu
Paytaxt Bakı şəhərində evakuatorlar sürücülərin canını boğaza yığıb desək, yanılmarıq. Çünki vətəndaşların redaksiyamıza etdikləri zənglər bunu deməyə əsas verir.

Bəzən pul qazanmaq məqsədi güdən evakuatr sürücüləri, avtomobilin markasına baxaraq harada park etməsindən asılı olmayaraq onu götürərək xüsusi dayanacağa aparır. Elə ötən gün belə problemlə üzləşmiş Adıgözəlov İlqar Murtuza oğlu da başına gələnlərdən narahat olub. Vətəndaş bildirir ki, "Prado" markalı avtomobilini heç bir xəbərdarlıq edilmədən evakuatrla götürərək Cavanşır körpüsünün yanında yerləşən dayanacağa aparıblar. Lakin vətəndaşın avtomobilini dayanacağa düşürərkən ehtiyatsızlıq edilib və avtomobilə ciddi ziyan dəyib. Vətəndaş qeyd edir ki, bununla bağıl DİN-in 102 xidmətinə məlumat verib.

Maşınına külli miqdarda ziyan dəyən müharibə veteranı İlqar Adıgözəlov daxili işlər naziri Ramil Usubova müraciət etdi. Ona görə ki, adıçəkilən dayanacaqda vətəndaşların heç bir hüquqları qorunmur, polis kapitanı Məftun müəllim, hara hündurdu əlinizi ora qoyun deyərək vətəndaşlarla olduqca kobud danışır. Və bildirir ki, 44 manatı verməlisiniz. Hətta o, 102 xidmətinə reaksiya vermədi.

Amma maşınları sözün əsl mənasında "oğurlayan” evakuatr xidmətinin rəhbərliyi kimdirsə, ölkənin hüquq-mühafizə orqanları qarşısında cavab verəcək.

Qeyd edək ki, qaynar xəttə edilmiş müraciətlə bağlı olaraq 37-ci polis bölməsində araşdırma aparılır. Bir məsələni də nəzərinizə çatdıraq ki, yuxarıda qeyd olunan dayanacağa Murtuza adlı şəxs nəzarət edir. Və o, "bura mənimdir, özüm bilərəm necə hərəkət edərəm" deyərək, vətəndaşlarla kobud danışmaqdan belə çəkinmir. Əldə etdiyimiz məlumata görə, dayanacağa gətirilmiş avtomobillərin əksəriyyətinin qeydiyyatı aparılmır, DYP əməkdaşları tərəfindən protokollar tərtib edilmir. Bir sözlə, dost-tanışın avtomobili heç bir rüsum ödənilmədən buraxılır, digərləri isə əməlli-başlı soyulur. Son olaraq narazı vətəndaş başına gələnlərlə bağlı kömək istəyir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir.

Geri qayıt