Əsas Səhifə > Güney Press / Ana xəbər > İLGİNC: Evini, obyektini satanlar Vergilər Nazirliyinə çağırılır
İLGİNC: Evini, obyektini satanlar Vergilər Nazirliyinə çağırılır4-02-2015, 10:01 |
|
Neft gəlirlərinin azalması Azərbaycan hökumətini sərt vergi siyasəti həyata keçirməyə vadar edib. Əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyi son 3 ildə daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən Əlavə Dəyər Vergisi (ƏDV) ödəməyi tələb edir. Bura kommersiya obyektləri ilə yanaşı qeyri-kommersiya, lakin yaşayış mənzili olmayan əmlaklar, eyni zamanda şəxsin qeydiyyatda olmadığı, lakin ona məxsus olan şəxsi mənzilləri daxildir. Məsələn, əgər bir nəfərin bir neçə mənzili varsa və yaşayış qeydiyyatında olmadığı həmin əmlaklardan birini satıbsa, ona görə vergi ödəməlidir. Məlumatı verən mənbə bildirir ki, o bir neçə dəfə öz obyektlərinin alqı-satqısını aparıb, amma indiyədək Vergilər Nazirliyi tərəfindən heç bir yoxlama olmayıb və ƏDV ödəməyib: В«Əslində, qanunda vergi ödəmək göstərilsə də, buna heç vaxt ciddi əməl olunmayıb. Artıq bir aydır, son üç ildə böyük məbləğdə obyekt satmış bütün hüquqi və fiziki şəxslər Vergilər Nazirliyinə dəvət olunur və onlara vergiləri ödəmək tələbi qoyulur. Sual oluna bilər ki, bu qanuna niyə indiyədək əməl olunmayıb, qəflətən hər kəsə zəng etməyə başlayıblar? Hətta şəxsi mənzilini satanları belə vergi orqanlarına dəvət edirlərВ». Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov В«Bizim YolВ»a bildirib ki, belə yoxlamalarla bağlı onda məlumat yoxdur. Lakin Ş.Məmmədov qanunda daşınmaz əmlakın satışı ilə bağlı vergi ödənilməsi tələbinin olduğunu bildirib. Onun sözlərinə görə, obyekt satışından gəlir əldə olunur və vergisi də ödənilməlidir: В«Əgər əmlak şəxsdə beş ildən artıq qalıb, sonra satılırsa, həmin gəlirdən vergi tutulur. Ola bilsin, hansısa sahibkar indiyədək ödəməyib. Vergi orqanlarının son beş ilin ödənməyən vergisini tələb etməyə, son 3 ildə isə vergi tutmağa ixtiyarı var. Yəni vergi orqanlarının son beş ildəki əməliyyatlarla bağlı hesablamalar aparmağa hüququ var, son 3 ilin isə vergisini tuta bilərВ». Geri qayıt |