Əsas Səhifə > Güney Press / Ana xəbər > Novruz ərəfəsi veriləcək əfvdə kimlərin üzü gülə bilər...
Novruz ərəfəsi veriləcək əfvdə kimlərin üzü gülə bilər...4-02-2015, 09:23 |
![]() Hər il olduğu kimi, bu il də Novruz Bayramı ərəfəsində növbəti əfv sərəncamının veriləcəyi gerçəkləşəcək. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumata görə, bu dəfəki Novruz əfvində tanınmış məhbusların da olacağı gözlənilir. Bildirilir ki, bununla bağlı artıq hazırlıq başlayıb və ilkin siyahı da tərtib olunmaq üzrədir. JAM.AZ-a danışan mənbə vurğulayıb ki, qarşıdakı əfvə düşəcəklər arasında iki NİDA-çı və bir jurnalist var. NİDA-çılardan hələlik Rəşadət Axundovun adının siyahıda yer aldığını qeyd edən mənbə jurnalistlərdən isə Pərviz Həşimlinin azadlığa buraxılacağını iddia edib. Digər NİDA-çının kimliyi barədə isə hər hansı bilgiyə malik olmadığını deyən mənbə bunun əfv sərəncamının verilməsi ərəfəsində dəqiqləşə biləcəyini istisna etməyib. Geri qayıt |