Əsas Səhifə > Güney Press / Ana xəbər > Özəl mühafizə şirkətləri təftiş ediləcək?

Özəl mühafizə şirkətləri təftiş ediləcək?


31-01-2015, 15:03
Özəl mühafizə şirkətləri təftiş ediləcək?
“Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq insanları işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onların külli miqdarda pulunu mənimsəməsi digər özəl mühafizə şirkətlərinin əməkdaşları tərəfindən də narahatlıqla qarşılanmaqdadır. Redaksiyamıza daxil olan məlumata görə, bu gün ölkədə oxşar şərtlər daxilində fəaliyyət göstərən bir neçə şirkət var ki, onların fəaliyyətinin yaxın gələcəkdə əlaqədar qurumlar tərəfindən təftiş ediləcək.
Bununla bağlı Moderator.az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov bu barədə hər hansı rəsmi informasiyaya malik olmadığını bildirdi:
“Hələlik bununla bağlı hansısa rəsmi informasiya mövcud deyil. Bu səbəbdən də indiki halda belə bir təftişin reallaşacağını söyləməyə əsas yoxdur. Çünki bu şirkətlər qanuni əsaslarla fəaliyyət göstərir və bu fəaliyyət üçün lazımi qurumların raicazəsi var. Lakin hansısa özəl mühafizə şirkəti ilə bağlı şikayət daxil olarsa, təbii ki, həmin məsələ araşdırılacaq. Hər hansı təftiş vətəndaşların müraciətindən sonra reallaşa bilər. Bu müstəvidə hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Geri qayıt