Əsas Səhifə > Güney Press / Ana xəbər > Aslan Aslanovun Fazil Məmmədov “ovu”
Aslan Aslanovun Fazil Məmmədov “ovu”31-01-2015, 12:11 |
|
(Əvvəli ötən sayda) “Təzadlar”ın ötən sayında, həmçinin Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlini vergilər naziri Fazil Məmmədovun üzərinə yıxmaq cəhdindən bəhs etmişdik... Məlum olduğu kimi, A.Aslanov istintaq dövründə (oğlunun qətlindən 3 gün sonra) Şəmkirin prokuroru Zahid Vəliyevin kabinetinə gəlib, qətldə təqsirləndirilən Vüqar Əliyevi prokurorun kabinetinə gətirirlər və ona bu qətlin sifarişçisi kimi vergilər naziri F.Məmmədovun sifarişçi olmasını ifadəsində göstərməsini tələb edir. Əvəzində isə ona yüngül cəza verilməsinə nail olacağını vəd verir. Amma Vüqar Əliyev bundan imtina edir və sonra onu prokurorun kabinetində döyürlər... Vüqar Əliyevin həyat yoldaşı şok iddialarla çıxış edərək “Təzadlar”ın yazdıqlarını təsdiqlədi... Dünən azadlıq.info-ya isə Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynurə Əliyeva açıqlama verib. Aynurə Əliyevanın sözlərinə görə, Ruslan Aslanov qətlə yetiriləndən sonra Şəmkir prokurorluğunda Vüqar Əliyevə təzyiq olunub ki, qətlin sifarişçisi kimi Fazil Məmmədovun və konyak zavodunun direktoru Etibar Ocaqquliyevin adını çəksin: “Aslan Aslanovun qardaşı Elsevər Aslanov prokurorun kabinetində tapançanı Vüqar Əliyevin ağzına dayayaraq ondan tələb edib ki, Ruslanı Fazil Məmmədovun və Etibar Ocaqquliyevin sifarişilə qətlə yetirdiyini desin. Amma Vüqar heç kimə qarşı ifadə verməyəcəyini deyib. Bundan sonra Aslan Aslanov Vüqarın anasını, xalalarını həbs etdirdi”,- deyə Aynurə Əliyeva deyib. Aslan Aslanovun rəis qardaşı da bu işə qarışıb... A.Əliyevanın sözlərinə görə, bundan sonra hazırda Daşkəsənin polis rəisi işləyən, o vaxt Şəmkir RPŞ-də CAX rəisi olan Elsevər Aslanovdan sonra Aslan Aslanov özü Vüqar Əliyevlə görüşüb: “Vüqar deyib ki, bilirəm Ruslanı sən öldürməmisən. Oğlunun ruhuna and verib ki, əgər Vüqar Fazil Məmmədovun adını çəksə onu, anasını və xalalarını dərhal azad etdirəcək. Amma Vüqar yenə razılaşmayıb. Həmin vaxt Elsevər Aslanov butulka ilə Vüqarın başına zərbə endirib. Vüqar bir də təcridxanada al qan içində ayılıb. Vüqara o qədər işgəncə vermişdilər ki, Gəncə türməsi onu qəbul etmirdi”. Aynurə Əliyeva deyir ki, daha sonra Vüqar Əliyevdən Şəmkirin polis rəisinin əməliyyat-axtarış üzrə müavininə qarşı ifadə almağa cəhd olunub. Amma bu cəhdlər də boşa çıxıb və Vüqar amansız işgəncələrə məruz qalıb: “Vüqara dəhşətli işgəncə verməklə yanaşı, bütün nəslini həbs etdilər. Lamiyə Quliyeva, namusuna toxunulmuş bu yetim qız da dəhşətli işgəncələrə məruz qalıb. Aslan Aslanov məmur olduğundan bütün bunlar ört-basdır edilib. Iki insanın həyatı bu qəddar məmurun qanunsuz əməlləri nəticəsində məhv edilib”. “Aslan Aslanovun fironluğuna nə vaxt son veriləcək?” Aynurə Əliyeva ölkə başçısı Ilham Əliyevə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib. “Cənab prezident, dəfələrlə sizə Lamiyənin və Vüqarın azadlığa çıxması üçün ərizələr yazılıb. Ancaq heç bir nəticə verməyib. Mən xahiş edirəm ki, bu məsələyə qərəzli baxılmasın. Yoldaşım artıq 12 ildir ki, heç bir günahı olmadan həbsxanada çürüyür. Aslan Aslanovun fironluğuna nə vaxt son veriləcək? Aslanovun kiçik oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində işləyir. O, bu sistemə məhz Lamiyədən, Vüqardan qisas almaq üçün yerləşdirilib”. “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |