Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat-bankirdən İlham Əliyevin oğluna şikayət

Deputat-bankirdən İlham Əliyevin oğluna şikayət


31-01-2015, 11:26
Deputat-bankirdən İlham Əliyevin oğluna şikayət
Gəncə şəhər sakini Fariz Qocayev ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyevə müraciət edib. Fariz Qocayev müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına göndərib. Şikayətçi yazır ki, atası Hafiz Qocayev Gəncədə sahibkrlıq fəaliyyətlə məşğul olub. Lakin kredit götürdüyü “Muğan Bank” ASC onun atasını müflisləşdirib: “Atam bankın fırıldaqları nəticəsində müflisləşib. Bu səbəbdən də mənim xəstəliyimin müalicəsi yarımçıq qalıb. Bütün varidatımızı itirmişik.

Mən bu barədə Sizə müraciət etmişdim. Həmin müraciətdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, cənab Elmar Vəliyev atam Hafiz Qocayevi qəbul edərək, vəziyyətimizlə maraqlandı. Bizə yaşayış evinin tikilməsi üçün icra hakimiyyətinin fondundan torpaq sahəsi ayrıldı. Bank rəhbərliyi də bizə bu barədə yardımçı olacağına dair vəd verdi. Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyətindən mənim səhhətimlə bağlı məsələni də diqqətdə saxlayacaqlarını və atamın işlə təmin olunacağını bildirdilər. Bütün bunları həll edəcəklərinə dair söz verərək, məndən Sizə ünvanlanması üçün təcili təşəkkür məktubu aldılar.

Çox təəssüf ki, qısa müddət sonra biz yenidən öz problemlərimizlə baş-başa buraxıldıq. Sizə müraciətim əsasında Azərbaycan Prezident Adminstrasiyasından Səhiyyə Nazirliyinə səhhətimlə bağlı göndərilən müraciət Gəncə Şəhər Səhiyyə İdarəsi tərəfindən baxılmamış qaldı. Atam bu gün də borc içindədir və kirayədə qaldığımız evdən çıxarılmaq təhlükəsi ilə üz-üzəyik. “Muğan Bank” atamı növbəti dəfə aldatmış və hazırda fevral ayının 2-ə qədər bizdən mənimsənilən və icarə müqaviləsi ilə atama işlətməyə verilən mağazanı boşaltmağımızı tələb edirlər. Atam bankın sahibi, millət vəkili Əhməd Vəliyevlə 19 dekabr 2014-cü ildə bir daha görüşüb və o, atama yardım edəcəyini bildirsə də, heç bir köməklik göstərməyib".

Fariz Qocayev ölkə başçısının oğlundan xahiş edir ki, məsələni diqqətdə saxlasın.

Geri qayıt