Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcər prokurorluğu qatil ermənilərə cinayət işi açdı

Kəlbəcər prokurorluğu qatil ermənilərə cinayət işi açdı


30-01-2015, 14:19
Kəlbəcər prokurorluğu qatil ermənilərə cinayət işi açdı
"Keçən il iyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gedən Həsən Həsənovun işgəncələrlə qətlə yetirildiyi məlum olub".

Report-un xəbərinə görə, bu barədə Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov bildirib.

O deyib ki, H.Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, hazırda D.Əsgərov və Ş.Quliyev erməni girovluğundadır.

Geri qayıt