Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistan ordusunda itkilərin artmasında hakimiyyətin izi
Ermənistan ordusunda itkilərin artmasında hakimiyyətin izi30-01-2015, 12:47 |
![]() Şuşa azadlıq batalyonunun komandiri olmuş Jerayr Səfilyan Ermənstan ordusunun acınacaqlı vəziyyətə düşməsində siyasi hakimiyyəti təqsirli bilir. RST.AZ xəbər verir ki, jurnalistin suallarını cavablandıran keçmiş komandir, son vaxtlar Ermənistan ordusunda itkilərinin artmasının səbəbini siyasi hakimiyyətin gücsüzlüyü, səriştəsizliyi, orduda ruh yüksəkliyinin olmamasından Azərbaycan tərəfinin istifadə etməsində görür. O, həmçinin bildirir ki, “Keçən bu sülh dövründə orduda heç bir islahatlar aparılmayıb, orduda sovet sistemi quruluşu davam edir, bu da Ermənistan kimi kiçik dövlətin profili ilə eyni çərçivədə yerləşmir. Heç bir istahatın aparılmaması səbəbindən bu gün itkilərimiz getdikçə artır. İlk öncə 18-20 yaşlı əsgərlər orduda ön cəbhəyə göndərilməməlidir. Başa düşməliyik ki, bu yaşda gənclərimizi itirmək genefondumuza zərbə deməkdir. Onları daha professional heyətlə əvəz etməliyik.” Jerayr həmçinin bildirir ki, “Bu günkü çatıçmamazlıqların başında siyası hakimiyyət dayanır. Keçən 15-20 il ərzində siyasi hakimiyyət müharibəyə hazırlaşmayıb. Hakimiyyət ordunu siyasi məqsədlərini həyata keçirmək üçün saxlayıb, nəinki müharibə üçün. Bunun nəticəsində qarşı tərəf vəziyyətdən istifadə edir və nəticədə itkilərimiz artır. Ordunu zəiflədən hakimiyyət və ölkənin sosial iqtisadi vəziyyətidir ki, xalqla ordu arasında uyuşmazlıq, orduya nifrət və etimadsızlıq yaradır.” Jurnalistin hazırda tərəflərdən hansı daha üstün vəziyyətdədir sualına Jerayr bildirir ki, bu keçən dövr ərzində vəziyyət bizim ziyanımıza dəyişibdir. İndi orduda ruh yüksəkliyi yoxdur. Ordu rəhbərliyinin və generalitetin ordudan ən çox şəxsi maraqları üçün istifadə etməsi, orduya diqqətsizlik və biganəlik ucbatından ruk yüksəkliyi aşağı həddə çatıbdır. O, bildirib ki, qarşı tərəf həm mənəvi psixoloji tərəfədən, həm də maddi baza tərəfdən bizi çox üstələyibdir. diaaz.space həmin videonu təqdim edir: Geri qayıt |