Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş başçı ölkədən getdi
Keçmiş başçı ölkədən getdi27-01-2015, 13:52 |
![]() Lənkəranın keçmiş icra başçısı Yaşar Rzayev ölkədən gedib. Tia.az-a daxil olan məlumata görə, son dönəmlərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Y.Rzayev qardaş ölkə Türkiyəni seçərək Azərbaycanı tərk edib. Onun hansı məqsədlə Türkiyəyə yollandığı bilinmir. Belə xəbərlər var ki, Y.Rzayev Türkiyədə universitetlərin birində pedaqoji fəaliyyətlə məşğul olmaq təklifi alıb. Vəzifəsindən getdikdən sonra nə siyasi fəallığı, nə də medianın gündəmində olan sabiq başçı daha çox biznesinə vaxt ayırıb. Əsasən Bakıda olan keçmiş başçının vaxtaşırı doğma şəhərinə də getdiyi deyilir. Xatırladaq ki, Y.Rzayev 2000-2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. Geri qayıt |