Əsas Səhifə > Güney Press / Ana xəbər > Prokurorluğun şöbə müdiri güllələndi

Prokurorluğun şöbə müdiri güllələndi


27-01-2015, 11:58
Prokurorluğun şöbə müdiri güllələndi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Bayram oğlu Əhmədov güllələnib.

Axar.az xəbər verir ki, 1982-ci il təvəllüdlü prokuror Rəhman Əhmədov ov zamanı dostu tərəfindən ehtiyatsızlıqdan güllələnib.

Belə ki, yanvarın 24-də R.Əhmədov ov etmək məqsədilə Anar Bayramov, Rafiq İsmayılov, İdris Murtuzov, Şəmsəddin İsayev və İlqar Yusifovla Qobustan rayonunun Xilmilli kəndinə ova gedib.

Ov zamanı Qəbələ rayon Vəndam kənd sakini, 1979-cu il təvəllüdlü İdris Xanbala oğlu Murtuzov prokuror Rəhman Əhmədovu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

R.Əhmədov Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma başlayıb.

Geri qayıt