Əsas Səhifə > Güney Press / Ana xəbər > Dəmiryolçular piket keçirdi

Dəmiryolçular piket keçirdi


26-01-2015, 11:56
Dəmiryolçular piket keçirdi
Dəmiryol idarəsinin əməkdaşları piket keçirməyə cəhd göstəriblər. Bu barədə Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verib.

Onun sözlərinə görə, dəmiryolçular bu məqsədlə bu gün saat 11-də Dəmiryol İdarəsinin qarşısında toplaşıblar.

Piketçələrin tələbəi sosial xarakterli olub. Saytımıza danışan dəmiryolçuların təmsilçisinin bildirdiyinə görə, onlar 2001-ci ildən başlayaraq məvaciblərinin bir hissəsini, ezamiyyət və məzuniyyət pullarını, yol pullarını və sair ödənişlərini ala bilmirlər və ümumiyyətlə, maaşları azdır, onların tələbatını ödəmir.

Bundan başqa, dəmiryolçular səsini çıxaran, şikayət edən iş yoldaşlarının işdən çıxarılmasına etiraz etdiklərini bildiriblər.

Polislər aksiyanın davam etməsinə imkan verməyiblər. Eyni zamanda Dəmiryol idarəsinin rəhbərliyi şikayətçilərin nümayəndələrini görüşə çağırıb.

Geri qayıt