Əsas Səhifə > Güney Press / Ana xəbər > Vergilər nazirinin biznes imperiyasına daha bir şirkət əlavə edildi
Vergilər nazirinin biznes imperiyasına daha bir şirkət əlavə edildi26-01-2015, 09:40 |
|
“Synergy Group” ASC holdinq şirkəti Şəmkirdə “Shamkir Capital Group” investisiya şirkəti yaradıb. İlkin kapital 200 min manatdır. Yeni şirkətin Müşahidə Şurası ana şirkətin MŞ-da olan şəxslərdir: Dəyanət Quliyev, Ağasəməd Əfəndiyev və Fəxriyar Cabbarov. Buna qədər “Synergy Group” ASC Şəmkirdə bir neçə kommersiya strukturu yaradıb: “Excelsior Hotel Shamkir”, “AzAgro”, “Zeyem Texnologiyalar Parkı”, “Shamkir Agropark”. “Synergy Group” (səhmlərin 99%-i Əşrəf kamilova məxsusdur) sürətlə inkişaf edən holdinqlərdəndir. Bu il 5 illiyini qeyd edir. Qısa müddətə şirkətlərinin sayı 30-a çatıb. Şirkətin kapitalı 50 mln manatdır. 33 mln manat ziyanla 31 dekabr 2013-cü il üçün aktivləri 136 mln manata çatıb. Qrup bu yaxınalarda “Kövsər Bank” ASC-ni alıb. Xəbəri contact.az saytı yayıb. İstiqlal.az-a daxil olan məlumatlara görə, adı çəkilən biznes strukturları vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. Geri qayıt |