Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Elmar Vəliyev hələ də köhnə arzusundan vaz keçməib - Gəncənin meri paytaxtda özünə kürsü hazırlandığını deyir

Elmar Vəliyev hələ də köhnə arzusundan vaz keçməib - Gəncənin meri paytaxtda özünə kürsü hazırlandığını deyir


23-01-2015, 14:58
Elmar Vəliyev hələ də köhnə arzusundan vaz keçməib - Gəncənin meri paytaxtda özünə kürsü hazırlandığını deyir
DİA.AZ: - «Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bir çox yerlərdə özü ilə bağlı müxtəlif şaiyələr yamağa başlayıb. Bəlkə də onun dedikləri həqiqətdir. Bunu borc bildim ki, sizə çatdırım». Bu sözlər DİA.AZ-a daxil olan bir anonim mənbənin məlumatında yer alıb.

Mənbə iddia edir ki, Elmar Vəliyev bir çox yerlərdə yaxın günlərdə özü ilə bağlı təyinatın olacağını bildirir: «O bir zamanlar Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yerinə keçmək istəyirdi. Amma alınmadı. Sən demə, həmin arzularından indinin özündə də əl çəkməyib.

Və Elmar Vəliyev hər yerdə deyir ki, Hacıbala Abutalıbov ona görə vəzifə başında çox qalır ki, onun yerinə «yuxarılar» məhz Elmar Vəliyevi təyin etmək fikrindədirlər. Bunun isə vaxtı yetişmədiyindən, Hacıbala Abutalıbov da öz postunda saxlanılır».

Hər halda, qəribə məntiqdir.

Mənbə dia.az-a yolladığı məlumatında onu da əlavə edib ki, Elmar Vəliyev yaxın günlərdə, Novruz Bayramına qədər Bakı ŞİH-ə başçı gələcəyini söyləyib: «İndidən Gəncədəki kadrlarından kimləri paytaxta aparacağını da müəyyən edib».

Bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt