Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda daha bir vəzifəli şəxs korrupsiyaya görə həbs olundu

Bakıda daha bir vəzifəli şəxs korrupsiyaya görə həbs olundu


23-01-2015, 12:22
Bakıda daha bir vəzifəli şəxs korrupsiyaya görə həbs olundu
DİA.AZ: - Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilmişdir. DİA.AZ bildirir ki, bu barədə baş prokurorluq məlumat yayıb.

“AENT-E” MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Geri qayıt