Əsas Səhifə > Güney Press / Ana xəbər > Almaniyadakı aksiyanın arxasından Hüseyn Abdullayev çıxdı
Almaniyadakı aksiyanın arxasından Hüseyn Abdullayev çıxdı23-01-2015, 10:59 |
|
Məlum olduğu kimi, Prezident İlham Əliyev yanvarın 21-də Berlində Almaniyanın kansleri Angela Merkellə görüşüb. Görüşdən sonra onlar birgə mətbuat konfransı keçiriblər. Ancaq bəzi mənfur qüvvələr İlham Əliyevin Berlinə səfər edəcəyi xəbəri yayılan kimi müxtəlif beynəlxalq təşkilatlar Angela Merkelə çağırış etdilər ki, onunla görüş zamanı Azərbaycanda insan haqlarının vəziyyətini qabartsın və bu istiqamətdə irəliləyiş üçün ona təsir göstərsin. Ancaq İlham Əliyev faktlarla, arqumentlərlə səslənən ittihamların əsassız olduğunu sübut etdi. Amma özlərini demokrat adlandıran, əslində isə yalnız şəxsi maraqlarını önə çəkən bəzi qüvvələr etirazçılar əllərində azərbaycanlı “siyasi məhbuslar”ın şəkillərini və onlara azadlıq tələb edən şüarlar tutaraq aksiya keçirdilər . Maraqlısı odur ki, Prezident İlham Əliyevin Angela Merkellə birgə mətbuat konfransında da şüarlar səsləndirilib. Belə ki, Meydan TV-nin əməkdaşı, blogger Həbib Müntəzir mətbuat konfransında “Siyasi məhbuslara azadlıq”, “Mətbuata azadlıq” şüarları səsləndirib. Nəzərə çatdıraq ki, Həbib Müntəzir Azərbaycanın dövlət maraqlarına zidd fəaliyyət göstərən və mili maraqlarımızı xarici qüvvələrə satan şəxslərdən biridir. İndi gəlin görək, Almaniyada aksiya zamanı kimlərin şəkilləri qaldırılıb və azadlığı istənilib. Öncə hüquq müdafiəçisi Leyla Yunusdan başlayaq. Bu qadının həbsinin səbəbləri hər kəsə bəllidir. Amma görünür, kimlərsə, onun dövləti cinayət törətdiyinə görə həbs olunduğunu unutdurmağa çalışır. Lakin fakt odur ki, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibulla oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər. Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar. İndi isə bir neçə cümlə Anar Məmmədli barədə. "Xəbər verildiyi kimi, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hüquqi qeydiyyatı olmayan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Nəhayət “Azadlıq” Radiosunun əməkdaşı Xədicə İsmaylıova. “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. T.Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib. İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında “Azadlıq Radiosu”na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu “Meydan TV” teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılır. İstintaqla, həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb. Göründüyü kimi, bu adamlar konkret cinayət əməlinə görə, həbs olunublar. Ona görə də onların siyasi məhbus kimi qələmə verilməsi qəbul edilməzdir. Bu onu göstərir ki, adıçəkilən şəxsləri müdafiə edənlər də haqsız mövqedədirlər və ittihamları əsassızdır. “Unikal”ın əldə etdiyi məlumata görə, Almaniyada Azərbaycan əleyhinə təşkil olunun aksiyanın əsas dəstəkçilərindən biri də keçmiş deputat Hüseyn Abdullayevdir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, keçmiş deputat hakimiyyətlə münasibətləri korlanandan sonra əks kampaniya aparmağa başlayıb. “Bir müddət öncə heç bir fakta söykənməyən ittihamları ilə aranı qarışdırmağa çalışan Hüseyn Abdullayev indi də bu yola əl atıb. Mənim bildiyimə görə, Almaniyada, eləcə də digər Avropa ölkələrində Azərbaycan hakimiyyətinə qarşı əks mövqedə olan bütün dairələrlə iş birliyi quran Hüseyn Abdullayev əlindən gələni edir ki, Azərbaycan hakimiyyətinə zərbə vursun. Prezident İlham Əliyevin Almaniya səfəri zamanı təşkil olunan aksiyalara həm maddi, həm də mənəvi dəstəyi ilə seçilən Hüseyn Abdullayevin bu mənfur fəaliyyətinin davam edəcəyi qaçılmaz görünür”, - deyə məbə fikrini tamamlayıb. \\ unikal.org \\ Geri qayıt |