Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda vəhabilərə qarşı yeni əməliyyatlar gözlənilir

Bakıda vəhabilərə qarşı yeni əməliyyatlar gözlənilir


22-01-2015, 13:40
Bakıda vəhabilərə qarşı yeni əməliyyatlar gözlənilir
Bakıda vəhhabilərə qarşı yeni əməliyyatların başlanacağı gözlənilir.

Tia.az xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən son dönəmlərdə yenidən fəallaşan sələfi-təkfirçi qruplaşmalara qarşı əməliyyatlar olacaq.
Bu məqsədlə Qaraçuxur və Müşfiqabad məscidlərində, o cümlədən Aşurbəy və Badamdarda sələfi ibadət evlərində həbslər olacağı istisna edilmir.
Məlumata görə, paytaxtda fəaliyyət göstərən vəhhabilərin biznes rıçaqlarının da məhv edilməsi gözlənilir. Xatırladaq ki, “Binə” və “Sədərək” ticarət mərkəzində, paytaxtın ayrı-ayrı bazarlarında fəaliyyət göstərən radikal təriqət üzvləri var.

Geri qayıt