Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda həbs edilmiş hollandiyalı İŞİD-çi Kobanidə öldürüldü
Azərbaycanda həbs edilmiş hollandiyalı İŞİD-çi Kobanidə öldürüldü22-01-2015, 12:29 |
![]() Haaqa şəhərindən olan və İŞİD sıralarında döyüşən iki hollandiyalı Suriyanın Türkiyə ilə həmsərhəd Kobani qəsəbəsində öldürülüb. Virtualaz.org saytı Hollandiya mənbələrinə istinadən xəbər verir ki, Soufian Z. və Driss D. adlı terrorçular Suriyada döyüşən hollandiyalı cihadçılar arasında ən tanınmışları idi. Ehtimal olunur ki, onlar Amerika aviasiyasının Kobaniyə endirdiyi zərbələr nəticəsində öldürülüblər. Bundan əvvəl həmin terrorçular İŞİD-in “paytaxtı” hesab olunan Rakka şəhərində olub. Məlumata əsasən öldürülən terrorçulardan biri Driss D. 2005-ci ildə Azərbaycanda həbs olunub. Onun bir neçə nəfər radikal islamçı ilə birlikdə ruslara qarşı döyüşmək üçün Azərbaycan ərazisindən Çeçenistana keçməyə cəhd edərkən həbs olunduğu xəbər verilir. Bundan 4 il sonra Driss D. Keniyaya gedib. Oradan “əş-Şabab” qruplaşmasına qoşulmaq üçün qonşu Somaliyə keçməyə cəhd göstərib, ancaq yenə həbs edilib və Hollandiyaya ekstradisiya edilib. Nəhayət, 2013-cü ildə Driss D. Suriyaya gedib və İŞİD sıralarına qoşulub. Geri qayıt |