Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcər girovlarından Azərbaycana məktub
Kəlbəcər girovlarından Azərbaycana məktub22-01-2015, 11:26 |
|
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara növbəti dəfə baş çəkiblər. AzVision.az-ın məlumatına, görüş yanvarın 16-da baş tutub. Görüş zamanı ailələrin məlumatları girovlara çatdırılıb və onlardan da ailələrinə çatdırılması üçün məlumat alınıb. Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov ötən il 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Geri qayıt |