Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş NAZİRlər hazırda nə işlə məşğuldur?
Keçmiş NAZİRlər hazırda nə işlə məşğuldur?22-01-2015, 08:46 |
|
Bir zamanlar nazir postunda olmuş şəxslərin hazırda nə işlə məşğul olmaları bir çoxlarımız tərəfindən maraq doğurur. Onların arasında cəmiyyət tərəfindən tanınanlar da olub, həmçinin, elə tanınmayanlar da. Sabiq nazirlərimiz indi haradadırlar, nə işlə məşğuldurlar? Bu istiqamətdə araşdırma apararaq, sabiq nazirlər barəsində bəzi məlumatlar topladıq. İlk olaraq başlayaq son zamanlar gündəmdə öz iqtisadi açıqlamaları ilə aktiv olan keçmiş maliyyə naziri Fikrət Yusifovdan. Qeyd edək ki, F.Yusifov 1994-1999-cu ilin iyul ayına kimi maliyyə naziri vəzifəsində çalışıb. Hazırda isə özünün təsis etdiyi “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri vəzifəsində çalışır. Keçmiş təhsil naziri Misir Mərdanov da tanınan nazirlərdəndir. O 1998-2013-cü illərdə təhsil naziri vəzifəsində çalışıb. Hazırda isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin isə hazırda bizneslə məşğul olduğu bildirilir. Hətta qeyd olunur ki, F.Əliyev uzaq Avropa ölkələrində qurduğu biznesini hazıra yaxın Türkiyəyə köçürməklə məşğuldur. Qeyd edək ki, o 1999-2001-ci illərdə dövlət əmlak naziri, 2001-2005-ci illərdə isə iqtisadi inkişaf naziri vəzifəsində çalışıb. Lakin 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib. Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov da cəmiyyətdə öz adı ilə tanınan şəxslərdəndir. O 2004-2013-cü illərdə respublikanın kənd təsərrüfatı naziri olub. Hazırda isə Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Sabiq səhiyyə naziri Əli İnsanov isə 1993-2005-ci illərdə səhiyyə naziri postunda çalışıb. Daha sonra isə 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra sadalanan bir çox titulları, o cümlədən akademik fəxri adı ondan alınıb və hazırda həbsdədir. Sabiq nazir xarici işlər naziri Vilayət Quliyev hazırda aktiv işi ilə seçilən şəxslərdəndir. O 1999-2004-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb. Hazırda isə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir. Keçmiş müdafiə naziri Səfər Əbiyev isə gündəmdən uzaqlaşması ilə bir çoxlarının diqqətindədir. O 1995-2013-cü ildə müdafiə naziri vəzifəsində çalışıb. Hazırda isə nə işlə məşğul olduğu bəlli deyil. Sabiq maliyyə naziri Əvəz Ələkbərov və iqtisadi inkişaf naziri Heydər Babayevin də bizneslə məşğul olduğu bildirilir. Geri qayıt |