Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcərdə döyüşlər, Ermənistan əsgərləri öldürüldü
Kəlbəcərdə döyüşlər, Ermənistan əsgərləri öldürüldü21-01-2015, 12:35 |
![]() İşğalçı erməni qüvvələrinin komandanlığı təmas xəttində bu gecə növbəti dəfə döyüşlərin getdiyinə dair xəbər yayıb. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, dümən tərəfin açıqlamasına əsasən yanvarın 20-dən 21-nə keçən gecə saat 03:00 radələrində təmas xəttinin Kəlbəcər istiqamətində Azərbaycan ordusu “növbəti kəşfiyyat-diversiya həmləsi” edib. İddia olunur ki, bu həmlənin qarşısı alınıb, ancaq döyüşlər zamanı erməni qüvvələri itki verib. 1982-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət edən Asatryan Hapet Artakoviç öldürülüb, daha bir hərbçi - 1973-cü ildə anadan olmuş, müqavilə əsasında xidmət edən Qasparyan Ovanes Onikoviç isə yaralanıb. Virtualaz.org hazırda bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən şərh almağa çalışır. Lakin qeyd edirik ki, Ermənistan tərəfi son həftələrdə az qala hər gün “Azərbaycan ordusunun kəşfiyyat-diversiya həmlələri” barədə bəyanatlar yayır. Hər dəfə də iddia olunur ki, bu həmlələrin qarşısı alınıb, ancaq erməni tərəfi də itki verir. Azərbaycan MN isə bildirir ki, erməni tərəfi qeyri-döyüş itkilərini bu adla ictimaiyyətə sırıyır. Geri qayıt |