Əsas Səhifə > Güney Press / Ana xəbər > Keşlənin Ələmdar Vəfadarov bəlası

Keşlənin Ələmdar Vəfadarov bəlası


21-01-2015, 11:00
Keşlənin Ələmdar Vəfadarov bəlası
Nizami rayonu Keşlə qəsəbə bələdiyyəsinə yenidən üzv seçilməklə, sədr postunu qorumağı bacaran Ələmdar Bəfadarov secicilərinin deyil, rayon rəhbərliyinin himayəsinə arxayın olaraq, özfəaliyyətlə məşğuldur.

diaaz.space arazmediaaz.space-a istinadən xəbər verir ki, vəziyyət o həddə çatıb ki, ötən il Dövlət Neft Şirkətinin Keşlə bələdiyyəsinin hesabına müəyyən işlər görmək üçün 20.000 manat pulu ayırsa da, bələdiyyə sədrinin bu vəsait hesabına hansı işləri görməsini bilən yoxdur:

"Sədr nə bu, nə də "Azərsun"la "Veysəloğlu" şirkətlərinin bələdiyyəyə köçürdükləri vəsaitlə hansı işlərin görülməsinə, ümumiyyətlə, bu pulların hara xərclənməsinə aydınlıq gətirmir. Və yaxud başqa sual ortaya çıxır, sədr Keşlənin abadlaşması üçün müxtəlif şirkətlərindən ayrılmış pullarla bərabər, yerli sakinlərdən yığılmış torpaq vergilərini hara və nəyə xərcləmişdir?

Əgər qəsəbə üçün nəsə edibsə, o zaman hesabat təqdim etsin. Məgər Ələmdar Bəfadarov bilmir ki, dövlət və özəl şirkətlər həmin pulları ona yox, bələdiyyəyə ayırıb?".

Saytın iddiası ilə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Geri qayıt