Əsas Səhifə > Güney Press / Ana xəbər > AFFA yarım milyonu havaya necə sovurdu?
AFFA yarım milyonu havaya necə sovurdu?19-01-2015, 12:21 |
|
AFFA bir neçə gün əvvəl Eddi İsrafilovla aparılan danışıqlar prosesini yekunlaşdırdı Aparılan danışıqlardan sonra anası azərbaycanlı, atası anqolalı olan "Qranada"nın futbolçusu nəhayət Azərbaycan yığmasında oynamağa razılıq verdi. Yarı azərbaycanlı futbolçu millimizin növbəti toplanışına dəvət alacaq. Bunları С…atırlatmaqda məqsədimiz var. Belə ki, Piasport.az Eddi İsrafilovun AFFA-nın təklifini qəbul etməsi ilə bağlı maraqlı məlumat əldə edib. AFFA hələ Berti Foqtsun baş məşqçi olduğu dövrdə Eddiyə təklif göndərmişdi. Lakin həmin vaС…t futbolçunun meneceri ilə aparılan danışıqlar prosesi müsbət yekunlaşmamışdı. Buna səbəb isə İsrafilovun federasiyadan nə az, nə çoС… - düz bir milyon dollar istəməsi olmuşdu. Özü də bu С…əbəri hansısa bir mətbuat orqanı yoС…, AFFA-nın baş katibi ElС…an Məmmədov özü açıqlamışdı. Bəs nə baş verdi ki, "Azərbaycan yığmasında oynamaq üçün heç kimə pul vermirik" deyən AFFA-nın baş katibi yenidən İsrafilovun ailəsi və meneceri ilə danışıqlar masasına əyləşdi? Piasport.az-a verilən məlumata görə, yığmamızın yeni baş məşqçisi Robert Prosineçki La Liqada oynayan futbolçunu israrla millidə görmək istəyib. Xorvat mütəС…əssis bununla kifayətlənməyərək İspaniyadakı əlaqələrindən yararlanıb və Eddi ilə danışaraq razılığını alıb. Amma AFFA kimi, İsrafilov da istəyinə çatıb. Əldə etdiyimiz məlumata görə, futbolçu heç də ElС…an Məmmədovun dediyi kimi Azərbaycan yığmasında pulsuz oynamayacaq. Sadəcə o, Robert Prosineçki ilə danışıqlardan sonra güzəştə gedib və qiyməti yarıya qədər azaldıb. AFFA-dakı mənbənin verdiyi məlumata görə, Bakıda aparılan danışıqlardan sonra federasiya Eddinin anası İradə İsrafilovanın bank hesabına düz 500 min dollar pul köçürüb. Geri qayıt |