Əsas Səhifə > Güney Press / Ana xəbər > Misir Mərdanovun oğlunun restoranı bağlandı

Misir Mərdanovun oğlunun restoranı bağlandı


16-01-2015, 12:32
Misir Mərdanovun oğlunun restoranı bağlandı
Sabiq təhsil naziri Misir Mərdanovun oğlunun restoranı bağlanıb.

TİA.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, keçmiş nazirin oğlu Rizvan Mərdanovun paytaxtın ən dəbdəbəli və bahalı restoranlarından olan “Express cafe”si qapadılıb. Bunun səbəbləri açıqlanmır. Xəbərdə bildirilir ki, restoranın bayır hissəsində təmirə bağlanması ilə bağlı elan vurulub. Bəzi məlumatlara görə R.Mərdanov külli-miqdarda borcu olduğuna görə restoranı satmağa məcbur olub. Restoranın kim tərəfindən alındığı da deyilmir.
Bildirək ki, Hüseyn Cavid prospektində yerləşən bu restoran öz bahalılığı və elitar müştəriləri ilə seçilir. Əldə etdiyimiz məlumata görə, restoranın daimi müştəriləri əsasən oğul Mərdanovun dost-tanışı və yaxın çevrəsi olub.

Geri qayıt