Əsas Səhifə > Güney Press / Ana xəbər > Vətəndaş 6 aydır kartını SMM-in işçisindən ala bilmir

Vətəndaş 6 aydır kartını SMM-in işçisindən ala bilmir


16-01-2015, 11:36
Vətəndaş 6 aydır kartını SMM-in işçisindən ala bilmir
Son günlər Xətai rayon Sosial Müdafiə Mərkəzinin direktoru Sərdar Xıdırovdan xeyli sayda şikayətlər mətbuatda yer alıb. Lakin buna rəğmən, mərkəzin direktoru ilə bağlı nə araşdırma aparılıb, nə də hər hansı bir tədbir görülüb. Və bunun hansı səbəbdən baş verdiyi də naməlum olaraq qalır.

Bu əsnada JAM.AZ-a müraciət edən Xətai sakinlərindən biri qeyd edib ki, ünvanlı sosial yardım almaq üçün ona verilmiş kart SMM-in işçisi tərəfindən əlindən alınıb. Aytən adlı oxucumuz qeyd edir ki, 5 ay bundan əvvəl ona ünvanlı sosial yardım ayrılıb. Lakin həmin vaxtdan bəri Xətai SMM-in işçisi Kamran adlı şəxs onun kartını əlindən alaraq, özündə saxlayır. В«Kamran 5 aydır mənim yardımımı alır. Telefonla zəng vurub kartımı istəmişəm. Deyir ki, 1 aydan sonra 6 ay tamam olur. Tamam olsun kartı geri verəcəmВ».

Oxucumuz yazır ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin heç bir müraciətinə cavab verilməyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt