Əsas Səhifə > Güney Press / Ana xəbər > DSMF-nin Xətai rayon şöbəsində əlilin pensiyasına əl qoyuldu

DSMF-nin Xətai rayon şöbəsində əlilin pensiyasına əl qoyuldu


15-01-2015, 13:15
DSMF-nin Xətai rayon şöbəsində əlilin pensiyasına əl qoyuldu
BTV-yə(Bolgexeber.TV) müraciət edən 1-ci qrup gözdən əlil Şükürov Hikmət Mayıs oğlu şikayət ərizəsində bildirir ki, 2014 -ci ilin noyabr ayına qədər sosial pensiya alib. Lakin həmin müdəttdən sonra pensiyanın sıgorta hissəsi kəsilib. Buna DSMF-nin Xətai rayon söbəsinin işciləri 1 -ci qrup gözdən əlilin vergi ödəyicisi oldugunu əsas gətiriblər. Halbuki Vergi Məcəlləsinin 102 -ci maddəsinə əsasən Hikmət müəllim vergidən azaddır. Musahibimiz məsələylə baglı adıçəkilən şöbəyə muraciət etdikdə isə tam fərqli hadisə ilə üzləşib. İndiyə qədər ona hesablanmış əlavə pulun (7000 min manatın ) hissə-hissə geri qaytarılacağını bildiriblər.
DSMF-nin Xətai rayon söbəsinin müdiri Elçin Məmmədov məsələyə aydınlıq gətirərək bildirdi ki, vətəndaşın problemindən agaham və onun işləməməli olduğu halda əməklə məşqul olduğu üçün dövlətdən tam pensiya alması qanuna uyğun deyil. Bu səbəbdən də artıq aldığı 6700 manat məhkəmənin qərarı ilə müəyyən edilmiş faizlə pensiyasından tutulacaq. Geriyə məhkəmənin qərarı qalır. Məhkəmənin isə hansı qərarı qəbul edəcəyini zaman göstərəcək. Məsələ ilə baglı şikayətçi ilə telefon əlaqəsi saxladıq və bu əlaqəni sizə təqdim edirik.



Geri qayıt