Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan İrana qarşı sanksiyaların ləğvini niyə istəyir
Azərbaycan İrana qarşı sanksiyaların ləğvini niyə istəyir14-01-2015, 13:13 |
![]() “Əgər İrana qarşı sanksiyalar ləğv edilsəydi biz dost, qonşu ölkə ilə işgüzar əlaqələri bərpa edərdik. Hazırda Rusiya da belə vəziyyətdədir. Azərbaycan İranın yaxın qonşusudur və geosiyasi məkana malikdir. Sanksiyalar ləğv ediləndə biz tərəfdaşlığın ilk sıralarında olmaq istərdik. Düşünmürəm ki, biz neytral qalacağıq”, - SOCAR Trading-in (Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti) işlər müdiri Arzu Əzimov İsveçrənin gündəlik "L’Agefi" qəzetinə müsahibəsində bildirib. O, neftin qiymətinin azalması ilə bağlı sualın cavabında deyib ki,”əgər treyderlər neftin qiymətini azaltmaq qərarına gəliblərsə bu tendensiyanı dəyişmək çox çətin acaq”. “Ümid edirəm ki, xam neftin qiyməti bəzi ekspertlərin öz hesablarında göstərdikləri kimi elə də aşağı deyil. Bazar hər zaman dünyadakı siyasi hadisələrə reaksiya verə bilər və bununla bağlı hər hansı proqnoz vermək çox çətindir”, - A.Əzimov açıqlama verib. Şirkətin digər layihələrindən danışan A.Əzimov deyib ki, SOCAR Trading qaz yataqlarında kəşfiyyat işləri ilə əlaqədar müxtəlif layihələr hazırlayır, həmçinin qaz və elektrik enerjisinin hasilatı üzrə infrastruktur layihələrdə iştirak edir. Qeyd edək ki, SOCAR Trading 2008-ci ildə Cenevrədə yaradılıb. Azərbaycan qazının 75%-nin, eləcə də LNG (sıxılmış təbii qaz) satışı ilə məşğul olur. SOCAR Trading-in Sinqapur, Dubay, London, Monako və İstanbulda nümayəndəlikləri var. Cenevrədə yerləşən mənzil-qərargahda 120 əməkdaş çalışır. Geri qayıt |