Əsas Səhifə > Güney Press / Ana xəbər > MTN-dən İŞİD-in Azərbaycanı təhdid etməsilə bağlı açıqlama
MTN-dən İŞİD-in Azərbaycanı təhdid etməsilə bağlı açıqlama14-01-2015, 10:45 |
|
“Azərbaycan Respublikasının maraqlarına, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”. Bunu APA-ya açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib. Qeyd edək ki, İsrail mediası “İŞİD” terrorçuları tərəfindən mümkün hücum təhlükəsinə qarşı Azərbaycanda inzibati və sənaye obyektlərinin, eləcə də sinaqoqların mühafizəsinin gücləndirildiyi barədə xəbər yayıb. Təhlükəsizlik tədbirlərinin “İŞİD”in “daxili işlər naziri” Vahid Xudayar Əhmədin Azərbaycana qarşı terror çağırışı ilə əlaqədar olduğu bildirilir. Geri qayıt |