Əsas Səhifə > Güney Press / Ana xəbər > “Facebook” sizi qohumlarınızdan daha yaxşı başa düşür

“Facebook” sizi qohumlarınızdan daha yaxşı başa düşür


13-01-2015, 11:10
“Facebook” sizi qohumlarınızdan daha yaxşı başa düşür
“Facebook” sosial şəbəkəsi istifadəçiləri onların qohumlarından daha yaxşı anlayır.

AzVision.az-ın məlumatına görə, bu barədə “The Financial Times” Kebric və Stenford universitetlərinin araşdırmalarına istinadən xəbər verir.

Ekspertlər “Facebook” istifadəçisi olan 17 mindən çox insanın davranışını analiz ediblər. İlk növbədə mütəxəssislər istifadəçilərin hansı səhifələri bəyəndiklərini öyrənib. Daha sonra könüllər psixoloqlar tərəfindən hazırlanan suallara cavab veriblər.

Daha sonda “Facebook” səhifələri öz dostları və qohumlarına testə iştirak edərək özlərinin psixoloji xarakterlərini müəyyənlişdirmələrini istəyiblər. Bundan sonra ekspertlər insanlar və maşınlar tərəfindən olan qiymətləndirməni müqayisə ediblər. Məlum olub ki, lazımı informasiya olduğu təqdirdə kompüter modeli bu işin öhdəsindən istifadəçilərin qardaş, bacı, valideynləri və hətta sosial şəbəkədəki dostlarından daha yaxşı gəlir.

“Facebook” sosial şəbəkəsi məsələni şərh etməkdən imtina edib.

Geri qayıt