Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda daha bir şirkət məhsullarının qiymətini qaldırır
Azərbaycanda daha bir şirkət məhsullarının qiymətini qaldırır13-01-2015, 11:06 |
|
“Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti 10-20 qəpik bahalaşacaq. Bu barədə oxu.Az MMC-nin rəsmi saytına istinadən məlumat verir. Şirkətin qiymət dəyişikliyi ilə əlaqədar elanında qeyd olunub ki, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılacaq. Qiymətlər mərhələli şəkildə: - 0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə - 0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə - 0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə - 0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə - 2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə - 5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır. Geri qayıt |