Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda məhkəmə sədri korrupsiyaya şərait yaradırmış

Bakıda məhkəmə sədri korrupsiyaya şərait yaradırmış


12-01-2015, 12:29
Bakıda məhkəmə sədri korrupsiyaya şərait yaradırmış
Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb.

Bu barədə Report-a ədliyyə orqanlarından bildirilib.

Belə ki, Məhkəmə-Hüquq Şurası tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib.

Həmin hakimlərdən biri isə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.

Qeyd edək ki, M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının (MR) ədliyyə naziri, 2000-2007-ci illərdə Naxçıvan İqtisad Məhkəməsinin sədri işləyib. O, 2007-ci ildən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədridir.

Geri qayıt