Əsas Səhifə > Güney Press / Ana xəbər > В«MT ServicesВ» şirkəti Azərbaycan qanunlarını saymır
В«MT ServicesВ» şirkəti Azərbaycan qanunlarını saymır12-01-2015, 10:20 |
![]() Keçən günlərdə Bakı sakininin В«MT ServicesВ»dəki özbaşınalıqla bağlı şikayətini diqqətinizə çatdırmışdıq. Xatırlatmaq istəyirik ki, Teref. info saytının baş redaktoru bəndəniz Nurədin Xocanında “Huavei Ascend” telefonu xarab olmuşdu və mən “MT Services” servis mərkəzinə müraciət etdim. Orada gördüyüm müştəriyə qarşı kobud rəftardan narazı qaldım və sonra “MT Services” xidmətinə zəng etdikdən sonar birdaha əmin oldum ki bu servis xidməti Azərbaycan qanunlarını saymır. İqtisadi İnkişaf nazirliyinin Antiinhisar xidmətinə etdiyim şikayətdən sonar fikirləşdim ki, vəziyyət düzəlməlidir. Lakin əfsuslar olsun ki, İqtisadi İnkişaf nazirliyinin Antiinhisar Xidmətinində “MT Services” servis mərkəzinə deyəsən gücü çatmadı. Belə çıxır ki, bu şirkətin arxasında duran, ona “krışa”lıq edən məmur kimdirsə, bu şirkətə Azərbaycan qanunlarının heçə sayılmasını təlqin edib. Qanunla göstərilmiş 2- 14 gündən artıq nə qədər vaxt keçməsinə baxmayaraq nə mənim telefonum təmir edilib mənə qaytarılıb, nə də onun əvəzində hansısa ayrı telefon verilib. Mən bu şirkətlərin günahından telfonsuz qalmışam və bunun nə qədər dvam edəcəyindən xəbərim yoxdur. Antiinhisar xidmətindən mənə zəng edən bir məmur isə deyəsən özü heç qanunları bilmir və ya В«MT ServicesВ»-in “krışa”-sından elə qorxurki məni inandırmaq istəyir di ki bu qədər gecikmə qanunidir. Hər halda axırda mən dediyimlə razılaşdı. Mənə maraqlıdır ki, o hansı məmurdur ki, bu şirkətə Azərbaycanın qanunlarını belə kobud surətdə pozmağa icazə verib O hansı məmurdur ki ondan hətta Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti belə çəkinir. Qoy o məmur elə qüdrətlidirsə çıxsın və elan etsin ki, onun himayəsində olan“MT Services” Azərbaycan dövlətinin qanunlarını saya salmır. Bizdə bilək və sakit yerimizdə oturaq. Qeyd etmək istəyirəm ki, В«Huwei AscendВ» firmasının nümayəndəsi redaksiyamıza zəng vuraraq bu anlaşılmamazlığın tez bir zamanda aradan qaldırılacağını desədə, yalan çıxdı. В«Huavei AscendВ» şirkətinin isə yadına salmaq istəyirəm ki, bura Azərbaycandır, Sudan deyildir. Hansı məmurun onların arxasında dayanmasından asılı olmayaraq onları əvvəl axır cəzalandıracaqlar. Huavei Ascend, “MT Services”şirkətinin və İqtisadi İnkişaf Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin birdaha qanunu yadına salmaq istəyirəm. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 7 maddəsinə əsasən, İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə Hər halda inanıram ki, Azərbaycan dövlətinin qanunları hansısa məmurun “krışa”lıq etdiyi bir şirkətdən güclü olacaq və bu şirkət müştərilərin başına açdığı oyunlara görə cəzalandırılacaq. P.S. Bəzi məlumatlara görə törətdiyi cinayətlərə görə Sudandan qovulmuş В«Huwei AscendВ» şirkətinə Rabitə Nazirliyinin hansısa yüksk çinli məmuru В«krışalıq edir. Bunu yoxlaya bilməsəkdə diqqətimizdə saxlayırıq. Bu şirkətin Sudanda törətdiyi cinayətləri araşdıraraq sizin diqqətinizə çatdıracağıq. Bizi izləyin Qarşı tərəfində fikirlərinə yer ayırmağa hazırıq. Teref.info Geri qayıt |