Əsas Səhifə > Güney Press / Ana xəbər > Qışda avtomobil sürmək: Miflər və faktlar

Qışda avtomobil sürmək: Miflər və faktlar


8-01-2015, 14:31
Qışda avtomobil sürmək: Miflər və faktlar
Qış mövsümü gələndə bir çox sürücülər avtomobilin qışda istifadəsi barədə müxtəlif fikirlərini bölüşürlər. Təssüf ki, bunların çoxu ancaq kimdənsə eşitdikləri və ancaq mif xarakteri daşıyan tövsiyələrdir. FaktXəbər olaraq bu gün avtomobilsevərlər üçün faktları miflərdən ayıran araşdırma təqdim edirik.

Mif: Qarda və ya buzda duran avtomobili hərəkətə gətirmək üçün qazın pedalını güclü basmaq lazımdır.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Əslində bu cür davranış təkərin altındakı qar, yaxud buzu daha da bərkidə bilər. Bunun əvəzinə bilmək lazımdır ki, avtomobili hansı təkərlər çəkir: əgər qabaq təkərlər çəkirsə, qabağa, arxa təkərlər çəkirsə, arxaya doğru hərəkət etmək lazımdır.

Mif: Gecə daha sürətlə hərəkət etmək olar. Çünki küçələr sakit olduğundan, qəzaya düşmək ehtimalı azdır.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Küçələrdə hərəkət az olsa belə, sürət həddini keçmək olmaz. Çünki başqa faktorlarla - pis hava, məhdud görüntü ilə rastlaşa bilərsiniz. Həmçinin narkotik çəkən və içkili vəziyyətdə olan sürücülərin də sayı çoxalır.

Mif: Müasir avtomobil texnologiyaları, bədbəxt hadisə zamanı insanı xilas edir.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Texnologiya, əlbəttə təhlükəsizliyi artırır. Bununla belə, hər şey sürücüdən asılıdır: pis hava şəraitində avtomobil sürərkən markası nə olursa-olsun ehtiyatlı olmaq lazımdır.

Mif: Avtomobin buz bağlamış ön şüşəsini qaynar su ilə açmaq olar.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Heç bir vaxt bunu etməyin. Çünki temperatur dəyişməsindən ön şüşələr çatlaya bilər. Bundansa dükanlarda satılan buz əleyhinə müxtəlif vasitələrdən istifadə edin.

Mif: Avtomobilin yan şüşələrini təhlükəsiz açmaq üçün dükanlarda satılan buz əleyhinə vasitələrdən istifadə etmək lazımdır.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Heç bir vasitə şüşənin 100 faiz tez açılacağına zəmanət vermir. Ehtimal ki, məhlul şüşədəki bütün buzları əritməyəcək və bu da şüşəqaldıranın sınması ilə nəticələnə bilər. Hətta bir gün öncədən şüşə və kənarlarındakı rezinləri buz əleyhinə məhlullarla təmizləsəz belə, mühərriyi işə salan kimi şüşəni açmayın. Bunun üçün maşının işə salandan sonra minimum yarım saat gözləmək lazımdır.

Mif: Qış şinləri ancaq qarı və buzlu yollar üçündür.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Əslində qış şinləri mənfi temperaturlarda istismar üçün təyin olunub. Yay və bütün fəsillər üçün nəzərdə tutulan rezinlərdən fərqli olaraq, qış şinləri şaxtada bərkimirlər. Həmçinin təkərlərin xüsusi protektorları qar və suyu daha yaxşı kənara atır. Bu da yolda ayaz olanda təkərlərin sürüşməməsi və yerə daha bərk В«yapışmasınaВ» gətirir.

Mif: Ön tərəfi çəkən və hər iki tərəfi çəkən avtomobillər üçün zəncir lazım deyil.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Fizikanın qanunlarını heç kim dəyişməyib. Avtomobilinizin hansı sistemlə təchiz olunmasından asılı olmayaraq, təkərlərdə olan zəncirlər, yeganə xilas yolu ola bilər. Qeyd edək ki, xüsusi zəncirlər aparıcı təkərlərə bağlanır ki, yoldan bərk В«tutsunВ».

Mif: Qış vaxtı duman əleyhinə və yaxından görmə faraları üçün daha parlaq lampalar alınmalıdır.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Fakt: Əgər qar yağırsa, duman əleyhinə faralar və daha parlaq lampalar qarşı sürücünün gözlərinə düşərək, yolu görməsinə mane ola və onun idarəetməni itirməsinə gətirib çıxara bilər.

FaktXəbər olaraq bu gün Sizlərə daha bir neçə tövsiyə etmək istəyirik. Əlverişsiz hava şəraitində, əsasən də şəhərdən kənarda boş yollarla çalışın avtomobil sürməyin. Qar çovğununda, yaxud güclü şaxtada yolda qalacağınız halda kimdənsə yardım ala bilmək üçün gedəcəyiniz yerə əsas yolla davam edin.

Qışda avtomobil sürmək: Miflər və faktlar

Həmçinin uzaq yola gedərkən telefonunuzun enerji yükünün hər zaman dolu olmasına nəzarət edin. Beləliklə, maşınınız xarab olacağı, yaxud nəsə bir hadisə baş verəcəyi təqdirdə Sizinlə hər zaman əlaqə yaratmaq mümkün olar.

Bundan əlavə, uzaq səfərlər zamanı peyk naviqatorunu da götürməlisiniz, ən azı smartfonunuzda bu tətbiq olmalıdır. Beləliklə, yolda maşınınz xarab olacağı təqdirdə yardım üçün dəqiq ünvanınızı xəbər verə bilərsiniz.

Geri qayıt