Əsas Səhifə > Güney Press / Ana xəbər > "Modern Servis” MMC-də ara qarışıb
"Modern Servis” MMC-də ara qarışıb7-01-2015, 12:36 |
|
Yəqin ki, hamımız son zamanlar “dəbə düşmüş” bu ifadəni dəfələrlə eşitmişik – qardaş qardaşa verməz. Məsələn, biri birinə hansısa bir matahı hədiyyə edərkən, bəxşişin dəyərini xüsusi vurğulamaq üçün mütləq bu ifadəni işlədir: “bax ha, bunu qardaş qardaşa verməz...” Nə yazıq ki, həqiqətən də son vaxtlar insanların, elə qohum-qardaşın da biri-birilərinə qıyımları, mehribançılığı olduqca aşağı səviyyəyə düşüb. Bəziləri isə qardaşa nəinki hədiyyə etmək, hətta əlində olanı da ondan almaq üçün min-bir hiyləyə, rəzilliyə belə əl atmaqdan çəkinmirlər. Elə bir müddət əvvəl redaksiyamıza müraciət etmiş Ağalar da belə bir vəziyyətlə üzləşdiyini iddia edir. Ağaların sözlərinə görə, onun doğma qardaşı olan Çingiz paytaxtda fəaliyyət göstərən “Modern Servis” MMC-nin rəhbəridir. MMC-nin əsas fəaliyyət sahəsi köhnə tikililərin sökülməsi, iri konstruksiyaların demontajı zamanı tələb olunan xüsusi texnikanın müştərilərə təqdim edilməsidir. Aydındır ki, Bakı şəhərində bu gün böyük vüsət almış inşaat işləri sayəsində “Modern Servis” MMC kimi ixtisaslaşmış şirkətlər kifayət qədər rentabelli hesab oluna bilərlər. Onların dövriyyəsindən keçən məbləğlər isə yüz min manatlarla hesab olunur. Lakin görünür çoxluq heç də hər zaman toxluğa, xüsusən də gözün toxluğuna səbəb olmur. Ağaların sözlərinə görə, öz qazancı ilə qane olmayan Çingiz nəhayət ki, bir gün kiçik qardaşının da gəlirlərinə göz dikib və onun nə az-nə çox, düz 42000 (qırx iki min) manat pulunu mənimsəyib. Bu mənimsəmə isə qardaşların Göyçay rayonunda fəaliyyət göstərən “Göygöl” adlı restoranlarının gəlirlərinin bölüşdürülməsi əsnasında baş verib. İndi isə Ağalar öz pulunu öz qardaşından geri ala bilmək üçün bir yol tapa bilmir ki, bilmir. Yeri gəlmişkən, Ağalar heç də Çingizin bu cür yaramaz rəftara məruz qoyduğu yeganə qohumu deyil. Bizə təqdim olunan məlumata görə hələ 2009-cu ildə “Modern Servis” MMC-nin rəhbəri aralarında iş zəminində yaranmış hansısa anlaşılamzlıq səbəbindən öz doğma bacısı oğlu, Seymur Kərimovu işdən qovmuşdur. Amma təsəvvür edin ki, ürəyi bu tənbehlə də soyumayan dayı, bacıoğlunu onun yaşadığı evin qarşısındaca qəddarcasına döydürmüşdür. Həm də bu “cəza tədbirindən” sonra Seymur Kərimov bir müddət xəstəxanada, travmatologiya şöbəsində müalicə almalı olmuşdu.Düşünmək olardı ki, qohum-qardaşına qarşı belə sərt münasibətlə sərgiləyən Çingizin öz ailəsində gərək ki, nizam-intizamla bağlı heç bir problem yaşanmamalıdır. Lakin bizə təqdim olunan məlumatlarda bunun tam əksi bildirilir. Məsələn, qeyd olunur ki, Çingizin 21 yaşlı oğlu Kamal (“Kooperasiya Universiteti”nin tələbəsi) narkotik alüdəçisidir. Atası isə Kamalın bu pis vərdişi müqabilində nəinki onu cəzalandırmır, hətta oğlunun universitet yollarını piyada “ölçməməsi” üçün ona bahalı “Mersedes” avtomobili də hədiyyə edir. Yeri gəlmişkən, təqdim olunan məlumatlarda belə bir məqam da qeyd olunur ki, Kamalın DYP əməkdaşlarına qarşı yol verdiyi təhqiramiz davranışına görə, hal-hazırda bu gənc məhkəmə araşdırılmasına cəlb olunub. Görünür harınlıqdan qaynaqlanan kobudluq, mənəm-mənəmlik, insanlara və cəmiyyətə qarşı saymazlıq Kamala atasından keçmiş irsi xüsusiyyətlərdir...Adətən redaksiyamıza daxil olan hər hansı bir şikayət əsasında material hazırlayarkən, biz yaranmış problemi ictimailəşdirmək yolu ilə onun həllinə müəyyən qədər zəmin yaratmaq niyyəti güdürük. Amma etiraf edək ki, iki qardaş arasında yaranmış bu münaqişənin həllinə hər hansı bir təsir göstərə biləcəyimizə ümidimiz çox azdır. Sadəcə olaraq, bu yaşananlardan hələ də gözlərini var-dövlət hərisliyi tam örtməmiş bir çoxlarının ibrət götürə biləcəyini düşündük. Buna görə də eşitdiklərimizi yazdıq ki, bəlkə... Geri qayıt |