Əsas Səhifə > Güney Press / Ana xəbər > Hamıya şər atan Elşad Abdullayev haqda hüquqşünas rəyi...

Hamıya şər atan Elşad Abdullayev haqda hüquqşünas rəyi...


7-01-2015, 09:52
Hamıya şər atan Elşad Abdullayev haqda hüquqşünas rəyi...
Fransada yaşayan bloqqer, ABU-nun sabiq rektoru Elşad Abdullayevin sözçüsü kimi tanınan Elnur Məcidlinin ötən ilin son günlərində dövlət başçısı İlham Əliyevi dəstəkləməsi və ya buna rəğbətini ifadə edən çıxışı ilə əlaqədar KİV-lərdə indinin özündə də müzakirə olunmaqdadır.

Qeyd edək ki, keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayevin “can bir qəlb” dostu Elnur Məcidlinin statusunda yazdığı “Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il vaxt gedir. Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq. Bunu deməkdən qorxmaq lazım deyil, ən böyük tənqidçi olsan belə”, fikirləri onun dostu E.Abdullayevi bərk qəzəbləndirib. Musavat.com bu məsələ ilə bağlı E.Abdullayevə sual ünvanlayıb. ABU-nun sabiq rektoru sualla bağlı geniş cavab yollayıb və onu eyni anda sosial şəbəkədəki ünvanında da paylaşıb: “Mənim tanıdıgım Elnur Məcidlinin bu bəyanatı başa düşüləsi deyildir... Bu, onun görünən siyasi fəaliyyəti və təfəkkür tərzi ilə daban-dabana ziddir. Biz saxta və qeyri-səmimi bəyanatları dəstəkləmirik”.
E.Abdullayev davamında həm də vaxtilə çörəyini yediyi, vəzifəsindən və imtiyazlarından gen-bol bəhrələndiyi Azərbaycan hakimiyyətinin də “bostanına daş atıb”, hakimiyyəti ifşaedici ifadələrlə tənqid edib: “Sözün açığı, ölkə hüquqi böhran vəziyyətindədir. İnsan hüquqlarırının mühafizə olunması haqqında Avropa Konvensiyası və AR Konstitusiyası kobud şəkildə pozulmaqda davam edir. Rejimin cinayətlərindən zərəcəkmiş şəxslərin elementar hüququnu müdafiə etməyin dövlət təminatı yoxdur. Yaxşı deyirlər, dövlətcilik iki halda sarsılır: Birincisi, heç bir günahı olmayan adama cəza verildikdə. İkincisi, günahkara cəza vermək əvəzinə mükafatlandırılanda. Həm də KİV də acıq-aşkar cinayət xarakterli yalan məlumatlar yayıldıqda cəmiyyətdə dövlətcilik məfhumu yox olur. Qeyd etmək istəyirəm ki, Elnur Məcidlinin mənəvi haqqı yoxdur ki, İlham Əliyevi dəstəkləsin. Dəstəkləyirsə, bu işdə qaranlıq məqamlar vardır, onun kecdiyi həyat yolu buna gətirib cıxarırıbdır”.

Utanmasan, oynamağa nə var ki!

Bu məqamda E.Abdullayevin “Yaxşı deyirlər, dövlətcilik iki halda sarsılır: Birincisi, heç bir günahı olmayan adama cəza verildikdə. İkincisi, günahkara cəza vermək əvəzinə mükafatlandırılanda”, fikirlərinə mütləq toxunmaq lazım gəlir. Həmkarım-hüquqşünas E.Abdullayevin sevimli bir ifadəsi ilə mövzuya şərh vermək istəyirəm. Məsələ ondadır ki, E.Abdullayev özünə aid olan bir məsələni nədənsə başqalarına şamil etmək istəyir. Məsələn, onun “...Dövlətcilik iki halda sarsılır: Birincisi, heç bir günahı olmayan adama cəza verildikdə. İkincisi, günahkara cəza vermək əvəzinə mükafatlandırılanda...”. Axı məhz Elşad Abdullayevdir ki, onun ABU-dakı 10 illik fəaliyyəti nəticəsində on minlərlə saxta diplom ortaya çıxdı, hələ də bu cinayətdən zərərçəkənlərin haqqı tanınmayıb. Halbuki onun saxta diplom “istehsalçısı” olmasını vaxtilə TQDK sədri M.Abbaszadə, təhsil naziri Misir Mərdanov... demişdi. Bu iki dövlət məmurunun rəsmi açıqlaması niyə zamanında aidiyyəti hüquq mühafizə orqanlarında, lap elə Prezident Administrasiyasında nəzarətə götürülmədi? Kimlər idi Elşad Abdullayevi müdafiə edənlər? Bəli, məhz Elşad Abdullayev çoxsaylı cinayət əməlləri ilə yüklü olduğu halda, günahkar ola-ola, ona heç bir cəza verilmədi, əksinə, onu mükafatlandırdılar: Prezident Yanında Ali Attestasiya Komissiyası (sədr Arif Mehdiyev) ona professor adı verdi, BDU-da “universitet içində universitet” yaratmasına, çoxşaxəli kommersiya fəaliyyəti ilə məşğul olmağına imkan verdilər, hətta özünü Heydər Əliyev adına Beynəlxalq Strateji Araşdırmalar və Proqnozlaşdırma Mərkəzinin rəhbəri kimi aparmasına şərait yaratdılar, 2005-ci ildən isə Prezident Yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, hüquq sektorunun rəhbəri təyin etdilər... Ən nəhayət, Azərbaycanın hüquq mühafizə orqanları çoxsaylı günahlar-cinayətlər içində olan bir şəxsin ölkədən çıxıb qaçmasına şərait yaratmaqla onu mükafatlandırmış oldular. Bax Elşad Abdullayevin yuxarıdakı məlum qənaətinə bu mənada “şərikəm”.

Elşad Abdullayev Elnur Məcidlidən niyə küsüb?

E.Abdullayev daha sonra yazır: “Elnur Məcidli yüksək ali təhsil alıbdır : 2001-2007 illərdə Türkiyədə Galatasaray Universitetinin hüquq fakültəsindən məzun olub; 2008-2009 illərdə Strasburg Universiteti hüquq fakültəsinin 3 illik Licence mərhələsini; 2009-2010 illərdə Strasburg Universiteti hüquq fakültəsinin 2 illik master pilləsini bitiribdir. O, Fransada əmək fəalyyətinə 2004-2005-ci illərdə AzerNews jurnalının müxbiri, 2006-2007 illərdə Trend News Agentliyinin müxbiri, 2005-2006 illərdə isə LIDER TV-in Fransada müxbiri kimi başlayıbdır. Bu səbəbdən də Avropa Azərbaycanlılarının Milli Birlik Şurası, Avropa azərbaycanlıları da onu həmişə prezidentin əmisi oglu, LİDER TV-in drektoru Ədalət Əliyevin adamı kimi qiymətləndiriblər, həmişə mənə tövsiyyə edirdilər ki, o, LİDER TV-nin “KQB” jurnalistidir. Hətta, mənə sosial şəbəkələrdə tənqidi mesajlar da ötürürdülər. Amma mən buna əhəmiyyət vermirdim. Sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel - Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçılarından biri barədə İnterpol vasitəsilə axtarış elan olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidli barəsində beynəlxalq axtarış elan edilməsi haqqında məlumat təsdiqlənib. Onun barəsində dövlət əleyhinə açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb. 1 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə Məcidli Elnur Abdulla oğlu barəsində cinayət işi başlanıb. Elnur Məcidli barəsində Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. 2011-ci il iyunun 2-də təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırılması qərara alınıb. Azərbaycanın şanlı Hüquq Mühafizə Orqanlarının 'humanist” fəaliyyəti nəticəsində birdən-birə dövlət cevrilişi etmək istəyən adamı əfv etməsi tərəflərin qarşılıqlı öhdəliklər götürməsi ilə baglıdır. Bundan öncədə, mənimlə ünsiyyətdə olan Fransada yaşayan siyasi mühacirlər - Mustafa Alnca, Əlheydər Agayev, KQB-in kecmiş müstəntiqi Ramin Nağıyev də formaca müxtəlif olsalar da, məzmunca eyni mahiyyətli müxalifət cilidinə girmiş gizli polisin əməkdaşları idilər. Hazırda, Avropada jurnalist cildində həqiqi demokratik fikirli siyasi mühacirlərə qarşı coxsaylı gizli polisin agentləri yerləşdirilibdir”.
***
Sonda bir məqama diqqəti çəkmək istəyirəm: indiyə qədərki zaman göstərir ki, Elşad Abdullayev vaxtilə çox yaxın olduğu insanlarla sonadək bu münasibəti saxlaya bilməyib. Onun gizli videolarındakı qəhrəmanları ilə söhbətlərini yada salın. Bir-birinə Qurana əl basıb balalarının canına and içirlər, kommersiya alış-verişində bulunurlar... Amma sonda bu maraqlar puç olur... E.Abdullayevin MTN-nin sabiq polkovniki Ramin Nağıyevlə, sabiq deputat G.Əhmədova ilə, iş adamı Arzu Kazımovla, Nərimanov rayon Məhkəməsinin, sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ağababa Babayevlə, DİN müavini Zahid Dünyamalıyevlə... olan isti münasibətlərinin sonu hara gedib çıxdı. Mən hələ bəzi KİV rəhbərləri ilə əvvəlki sıx münasibətin sonradan düşmənçiliyə çevrilməsini... demirəm. Bir sözlə, E.Abdullayevin dostluğu sona kimi davam etmir. Niyə?

Azər Bağırov,
hüquqşünas

Geri qayıt