Əsas Səhifə > Güney Press / Ana xəbər > Rektorun icra başçısına qarşı kampaniya apardığı üzə çıxdı

Rektorun icra başçısına qarşı kampaniya apardığı üzə çıxdı


30-12-2014, 12:10
Rektorun icra başçısına qarşı kampaniya apardığı üzə çıxdı
Son dövrlər Gəncə Dövlət Universiteti (GDU) və onun rektoru Yusif Yusfovla bağlı mətbuatda ilginc iddilar yer almışdı. Ali məktəbdə baş verən neqativ hallardan bəhs olunan məlumatlarda rektor və komandasının korrupsiya ilə məşğul olduğu, əsas kadrları uzaqlaşdırdığı, keçmişində yetərli qədər problemi olanları vəzifəyə gətirməsi və sairlər vurğulanırdı.

JAM.AZ-a daxil olan məlumata görə, GDU-nun rektoru haqqında yazılmış bu məlumatların kökünü axtararaq, onun Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən yayıldığı, habelə icra başçısı Elmar Vəliyevin bu işləri təşkil etdiyi qənaətinə gəlib. Mənbənin bildirdiyinə görə, GDU-nun rektoru Yusif Yusifov bununla bağlı əks-hücuma da başlayıb. Belə ki, onun bir neçə mətbuat orqanı ilə anlaşaraq, Gəncənin icra başçısı Elmar Vəliyev haqqında mətbuatda, Gəncədə görülən işlərə əks məlumatlar yaydırmağa start verib.

Məsələ ilə bağlı GDU-nun mətbuat xidmətinin rəhbəri Maqbet Əhmədovla əlaqə saxladıq. Əhmədov JAM.AZ-a açıqlamasında bildirdi ki, bu barədə deyilənlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, rektor Yusif Yusifovla Gəncənin icra başçısı Elmar Vəliyev arasında səmimi münasibətlər var və hər iki şəxs şəhərdə təhsilin inkişafında, abadlıq və quruculuq işlərinin təşkilində yaxından iştirak edirlər.

Gəncə Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra Hakimiyyətinin əməkdaşı bildirdi ki, onların işi şəhərin abadlaşdırılması, idarəetmənin təşkili və yenidənqurma işlərini həyata keçirməkdir. В«Biz cənab prezidentin verdiyi tapşırıqları icra edirik. Bütün işlərimiz göz qabağındadır. Görülən dağa isə bələdçi lazım deyil. Kimsə gördüyümüz işlərin üzərinə də kölgə sala bilməzВ».

Geri qayıt