Əsas Səhifə > Güney Press / Ana xəbər > MTN-dən türkiyəli millət vəkilinin PKK iddiasına cavab
MTN-dən türkiyəli millət vəkilinin PKK iddiasına cavab30-12-2014, 11:45 |
|
Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili İdris Bal modern.az saytına açıqlamasında Azərbaycanda PKK-nn özəklərinin olduğunu bildirib. Türk millət vəkilinin məlum iddiası ilə bağlı Moderator.az-ın sualını cavablandıran MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev təmsil etdiyi qurumun istənilən təhdid və təhlükə ilə bağlı önləyici tədbirlər həyata keçirdiyini, əməliyyat şəraitinə nəzarət etdiyini vurğuladı: "Azərbaycan Respubikasının milli təhlükəsizliyi ilə bağlı, onun mənafeylərinə zidd mümkün təsirlərin qarşısını almaq üçün bütün, zəruri, qabaqlayıcı tədbirlər görülür. Əməliyyat şəraitinə nəzarət olunur". Geri qayıt |