Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərsu” günahı Cavid Qurbanovun üstünə yıxdı
“Azərsu” günahı Cavid Qurbanovun üstünə yıxdı27-12-2014, 16:16 |
|
“Azərsu” ASC-nin təmir etdirməyə söz verdiyi kanalizasiya xəttinin dağılması sahibkarların obyektlərini yenidən bərbad duruma salıb. Bu barədə Axar.az-a Nərimanov rayonu Atatürk prospekti 5 A (37 A) ünvanında yerləşən və iki gündür kanalizasiya sularına qərq olan obyekt sahibləri məlumat verib. Artıq neçə gündür çirkab sularının içində qalan ofis və mağazalar bu gün daha acınacaqlı vəziyyətə düşüblər. Sahibkarlar qeyd edir ki, ofisləri basan kanalizasiya sularının səviyyəsi daha da artıb. Üfunət iyindən ofislərə yaxınlaşmaq mümkün deyil. Həmçinin, suyun səviyyəsinin bir metrə qədər yüksəlməsi yenicə təmir edilmiş mağazalara ciddi ziyan vurub. Sahibkarlar “Azərsu”nun problemi aradan qaldırmadığından və onları külli miqdarda ziyana salmasından şikayətçidir. Dünən hadisə yerində “Azərsu” ASC-nin əməkdaşları olmasına baxmayaraq, problemin müvəqqəti də olsa aradan qaldırılması üçün heç bir iş görülməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl açıqlamasında qeyd edilən ünvanlardan keçən kanalizasiya xətlərinin dəyişdirilməsinə ehtiyac olduğunu və yaxın müddətdə bununla bağlı işlərə başlanılacağını bildirmişdi. Ancaq hələlik müvəqqəti də olsa heç bir qabaqlayıcı tədbir görülmədiyindən kanalizasiya sularının səviyyəsi artaraq obyektlərdə tamamilə bərbad vəziyyət yaradıb. Axar.az-ın ərazidə olan müxbirinə “Azərsu” ASC-nin əməkdaşları bildiriblər ki, borular dəyişdirilməsə, problem həll olunmayacaq: “Azəryolserviz” günahkardır “Kanalizasiya boruları bərbad durumda olduğundan problemin həlli üçün xətlər dəyişdirilməlidir. İşi isə “Azəryolservis” ləngidir. Onlar yolu müvəqqəti olaraq bağlasalar, biz qazıntı işi apararaq sıradan çıxmış xətləri bərpa edərik. Xətlər dərində olduğundan mütləq qazıntı aparılmalıdır. Hazırda müvəqqəti də olsa suyu çəkirik. Ancaq problemin birdəfəlik həlli üçün “Azəryolservis” yolu bağlamalıdır”. Problemlə bağlı “Azəryolservis”ə müraciət edilib-edilmədiyindən isə “Azərsu” əməkdaşlarının xəbəri belə yoxdur. Geri qayıt |