Əsas Səhifə > Güney Press / Ana xəbər > Qafqazın ən böyük məscidinin axundu məlum oldu

Qafqazın ən böyük məscidinin axundu məlum oldu


27-12-2014, 12:50
Qafqazın ən böyük məscidinin axundu məlum oldu
İslamazeri.az-ın əldə etdiyi məlumata görə, "Heydər" məscidinin axundu Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullaha tapşırılıb. Hacı Fuad Nurullah bundan sonra "Heydər" məscidinin axundu kimi də fəaliyyət gösətərəcək.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə hələ ki, bu barədə rəsmi göstəriş verməyib. Lakin məscidin axundu kimi Hacı Fuad Nurullaha tövsiyyə olunub.

Qeyd edək ki, Hacı Fuad Nurullah Bakı İslam Universitetinin dekanıdır.

Geri qayıt