Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun qardaşı nazirin gedişi xəbərindən danışdı
Ziya Məmmədovun qardaşı nazirin gedişi xəbərindən danışdı26-12-2014, 13:34 |
![]() “Biz vəzifədə olsaq da, olmasaq da, mandat daşısaq da, daşımasaq da, Azərbaycan iqtidarına sədaqətlə xidmət edirik və edəcəyik də”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov mətbuatda haqqında yayılan məlumatlara aydınlıq gətirərkən belə deyib. Xatırladaq ki,bu gün mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovun yay aylarında vəzifədən azad ediləcəyi, deputat qardaşı Elton Məmmədovun isə deputat seçilməyəcəyi ilə bağlı informasiya dərc edilib. Millət vəkili Elton Məmmədov hesab edir ki, bu sifarişlə dərc olunan yazılardır: “Bunu indi demirlər ki? Düz bir ildir eyni şeyi yazırlar. Görünür kimlərsə bizim dövlətə, dövlət başçısına sadiqliyimizdən qısqanclıq keçirir. O səbəbdən ortaya bu cür əsassız, saxta yazılar çıxır. Bu yazını sifariş edənlər, yazanlar həşaratlardır və sadəcə ürək bulandırırlar. Kimin vəzifəyə təyin olunub-olunmamasını Prezident, deputat seçilib-seçilməməsini isə seçicilər həll edir. Digər yandan biz hansı status daşımasından asılı olmayaraq, dövlətçiliyin yanındayıq və heç kəs bizi öz yolumuzdan döndərə bilməz”. Geri qayıt |