Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılır
“Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılır26-12-2014, 12:00 |
![]() “Media forum” saytı xəbər verir ki, dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib. Prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir. “Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir. Geri qayıt |