Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzəriqazВ»ın hədiyyəsi keçmiş işçisini sevindirmədi

В«AzəriqazВ»ın hədiyyəsi keçmiş işçisini sevindirmədi


26-12-2014, 11:30
В«AzəriqazВ»ın hədiyyəsi keçmiş işçisini sevindirmədi
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev hər il bayramlarda olduğu kimi bu il də Nizami rayonunun sakinlərini açıqca ilə təbrik edib.

Bunu Qarabağ əlilləri və veteranları cəmiyyəti" İB-nin Nəsimi rayon şöbəsinin sədri Rəhmanov Əhməd Fazil oğlu FaktXəbər-ə göndərdiyi müraciətində bildirib. Onun sözlərinə görə, bu ənənə mütəmadiyən təkrarlanır: açıqcalar qapının arxasına qoyulur.

В«AzəriqazВ»ın hədiyyəsi keçmiş işçisini sevindirmədi

Əhməd Rəhmanov dünən onun Yeni Keşlə qəsəbəsindəki ünvanına da belə bir təbrikin gəldiyini, buna baxmayaraq, onu Rövnəq Abdullayevə qaytaramaq istədiyini bildirib.

O, göndərdiyi məktubda bunu Qarabağ əlili olmağına baxmayaraq Adil Süleymanovun və özünün bu ilin iyun ayında 17 il işlədiyi В«AzəriqazВ»dan ixtisara salınmaği, həmin qurumdan ARDNŞ-in tərkibinə kecəndən bəri, əlillərin əmək haqlarına olunan 10-15 faiz əlavənin göturulməsi və eləcə də "Azəriqaz"ın əvvəlki dövrundə Əlillər Günü və Silahlı Qüvvələr Günündə müharibə əlillərinə verdiyi hədiyyənin (maddi yardımın) yığışdırılması ilə əlaqələndirib və belə bir təkliflə çıxış edib: "Azərbaycan Respublikası Əlillərin sosial müdafiəsi haqqında qanunun 25 və 29 maadələrini, daha dəqiq desək Əlillərin məşğulluğuyla bağlı kvotanı və idaarəciliyində olan müəssisələrdə əlillərin hüquqlarını kobudcasına pozduğuna (müəssisələrdə əlillərin əmək haqlarına olan əlavələrin ləğvi, əlillər günü əlillərə veriləm maddi yardımların ləğvi, əlillərin ixtisarı, iş şəraitlərinin pisləşməsi, kvotanın yerinə yetirilməməsi... və sairə ) etiraz əlaməti olaraq cənab Abdullayevin açıqcalarını özünə qaytaraq (açıqcanın şəklini cəkib info@sogar.az-a göndərin)".

Birliyin sədri müraciətinin sonunda açıqcanın fotosunu da göndərib. FaktXəbər olaraq həmin şəkli Sizlərə təqdim edirik

В«AzəriqazВ»ın hədiyyəsi keçmiş işçisini sevindirmədi

Geri qayıt