Əsas Səhifə > Güney Press / Ana xəbər > Göyçaylı məmur haqqında ilginc məlumatlar yayıldı
Göyçaylı məmur haqqında ilginc məlumatlar yayıldı26-12-2014, 09:04 |
|
Göyçay Qaz İdarəsinin qanunsuz əməllərinə görə işdən qovulan müdiri Murtuz Salahovla bağlı Aktual.az-ın redaksiyasına ilginc məlumatlar daxil olub. Məlumata görə, sabiq müdir vəzifədən uzaqlaşdırıldıqdan sonra Göyçay İH-nin başçısına müavin getmək fikrinə düşüb. Bu barədə mətbuatda xəbər yayılandan sonra rayon rəhbəri Mənsur Məmmədov bu işin baş tutmasına mane olub. Hətta Murtuz Salahov müəyyən yerlərdə həyata keçirdiyi qanunsuz əməlləri Mənsur Məmmədovun göstərişi ilə həyata keçirdiyini, boru satışından əldə etdiyi etdiyi pulun bir hissəsini onunla bölüşdüyünü deyib. Redaksiyamıza daxil olan məlumata görə, vaxtilə sabiq müdirin yaxın silahdaşı olan Abdulbağı Osmanov hələ də Murtuz Salahovdan təlimatlar alaraq bir çox işləri idarə edir. Belə ki, istixanalara və müəyyən istehsal obyektlərinə sayğacdan kənar verilən qazın pulu hələ də Abdulbağı Osmanov vasitəsi ilə Murtuz Salahova çatır. Əldə etdiyimiz məlumata görə, hazırda Göyçay Qaz İdarəsində 40 faiz itki var. Murtuz Salahov boruların satışından 3 aya 500 min manat pul qazandığnı iddia edən mənbə sabiq müdirin həyat yoldaşı və övladlarının adına rəsmiləşdirdiyi mülklərinin ünvanlarını da redaksiyamıza göndərib. Məlumatda bildirilir ki, Bakıda Memar Əcəmi metrosunun yaxınlığında 100 min manat dəyərində, Həsən Əliyev prospektində 100 min amanat dəyərində, Novxanıda bağ evi - 300 min manat dəyərində, Göyçayda "Bank" ofisi sahib olan Murtuz Salahov 1000 manat maaşla dolandığını deyib. Bundan əlavə mənbə bildirir ki, Murtuz Salahov çalışdığı müddətdə qohum əqrabalarını da işlə təmin edib: "Rauf adlı bacanağı baş mühasib, İltifat adlı qudası anbardar, əmisioğlu Emin nəzarətçi, bacanağının oğlu Rüstəm gözətçi, digər bacanağı Bəhram gözətçi kimi çalışıb". Əldə etdiyimiz digər bir məlumata görə, Murtuz Salahov "Muğanbank"ın Göyçay filialına müdir təyin olunacaq. Bu barədə əməkdaşlarımız banka sorğu ilə müraciət edib. Bankın münasibətini də öyrənəndən sonra dərc edəcəyik. Geri qayıt |