Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş deputatlardan hansının yenidən mandat alma şansı var?
Keçmiş deputatlardan hansının yenidən mandat alma şansı var?25-12-2014, 11:19 |
![]() Parlament seçkilərindən bizi 10 aylıq zaman kəsimi ayırsa da, artıq indidən cəmiyyətdə bir seçki ab-havası hiss olunur. Qarşıdan gələn seçkilərdə namizəd kimi gücünü sınamaq istəyən şəxslər indidən qeyri-rəsmi seçki hazırlığına start veriblər. Editor.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, vaxtilə Milli Məclisdə təmsil olunmuş sabiq deputatların bəziləri artıq indidən seçki hazırlıqlarına başlayıblar. İctimai müzakirələr, diskusiyalar zamanı qələbə qazanacağına şübhə etmədiyini deyən sabiq millət vəkillərindən bəzilərinin həqiqətən də şansları böyükdür. II çağırış Azərbaycan Parlamentində 7 saylı Yasamal birinci seçki dairəsini təmsil etmiş, bugünlərdə avtoqəzaya düşərək, yenidən gündəmə gələn Əliməmməd Nuriyevin qarşıdakı seçkilərdə ciddi şansı olduğu deyilir. Onun ya Masallı, ya da paytaxtdakı dairələrdən birindən namizəd kimi seçkilərə qatılacağı gözlənilir. Azərbaycanın dövlət müstəqilliyi əldə etdiyi ilk illərdə Milli Məclisin üzvü olmuş Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Araz Əlizadənin də şansları yüksəkdir. Onun ya Qobustan rayonundan, ya da paytaxtdakı dairələrdən birindən deputatlığa namizəd olacağı gözlənilir. III çağırış Azərbaycan Parlamentində 34 saylı Xətai ikinci seçki dairəsini təmsil etmiş professor, bugünlərdə Aif Hacılının başqan seçilməsinə etiraz əlaməti olaraq qurucularından olduğu Müsavat Partiyası sıralarından istefa verən Nəsib Nəsiblinin də şansları yüksək qiymətləndirilir. Onun vaxtilə təmsil olunduğu, Gülər Əhmədovanın imtinasından sonra isə boş qalan 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd olaacağı deyilir. Daha bir real şansı olan sabiq deputat isə Nazim Məmmədovdur. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil etmiş Nazim Məmmədovun yenidən həmin dairədən deputat seçilmək şansı çoxdur. Hazırda onu əvəzləyən Rafiq Məmmədhəsənovun yaşlı olması N.Məmmədovun şanslarını ciddi şəkildə artırır. Geri qayıt |