Əsas Səhifə > Güney Press / Ana xəbər > BP ilə ARDNŞ-in qeyri-adi sazişi haqda ilginc xəbər
BP ilə ARDNŞ-in qeyri-adi sazişi haqda ilginc xəbər25-12-2014, 10:55 |
![]() Xəbər verdiyimiz kimi, ARDNŞ ilə bp Abşeron yarımadasının cənubunda potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması barədə Hasilatın Pay Bölgüsü (HPB) saziş imzalayıblar. Amma birgə press-relizdə pay iştirakı barədə məlumata verilmir. "Turan" bp-Azerbaijan şirkətindən öyrənib ki, tərəflərin hərəsi 50% paya malikdir, operator müəyyən edilməyib. bp-də bildiriblər ki, saziş geoloji kəşfiyyat xarakterlidir. Yəni əvvəlcə dərin geoloji və geofiziki tədqiqatlar aparılacaq, sonra kəşfiyyat qazması məsələsinə baxılacaq. Ona görə sazişdə nə sahə, nə kəşfiyyat quyusu öhdəliyi, nə də struktur adı göstərilib, - deyə bp-də izah ediblər. Bu səbəbdən saziş PSA adlansa da, indiyə qədər Azərbaycanda bağlanılanlardan fərqlənir. Bu, bp şirkətinin Xəzərdə PSA tipli ikinci belə kəşfiyyat sazişidir. Hazırda şirkət “Şəfəq və Asiman” strukturlarında kəşfiyyat aparır. Geri qayıt |