Əsas Səhifə > Güney Press / Ana xəbər > SOS: Azərbaycanda allergiya yaradan süni düyü satılır
SOS: Azərbaycanda allergiya yaradan süni düyü satılır22-12-2014, 10:55 |
![]() Azərbaycan bazarında süni düyü peyda olub. Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. V.Məhərrəmovun sözlərinə görə, süni düyü Çində, Koreyada və digər ölkələrdə istehsal olunur: “Digər dənli bitkilərin (qarğıdalı) dəni üyüdülür və ekstruder ilə düyü formasına salınaraq süni düyü əldə olunur”. Ekspert deyib ki, süni düyü təbii yetişdirilmiş düyü kimi faydalı deyil: “Bu düyülərdən istifadə allergiya yarada bilər. Ona görə də insanlara xəbərdarlıq etmək lazımdır. Alıcılar özlərini qorumalıdırlar”. Geri qayıt |