Əsas Səhifə > Güney Press / Ana xəbər > Aydın Əliyevin rəhbərliyi altında daha bir biabırçılıq
Aydın Əliyevin rəhbərliyi altında daha bir biabırçılıq19-12-2014, 12:14 |
![]() Xaçmazda yerləşən SDK adlı Gömrük Keçid Məntəqəsində özbaşınalıqlarla bağlı yayılan məlumatların ardı-arası kəsilmir. JAM.AZ-a bir müddət əvvəl müraciət edən Qazax sakinləri olan Mürşüdovlar bildirmişdilər ki, orada gömürkdə çalışanlar vətəndaşları yerli-yersiz incitməklə məşğuldurlar. Həm də onların pullarını əllərindən almaq üçün özlərindən rüsumlar tətbiq edirlər. Mürşüdovların yazdıqlarından belə anlaşılırdı ki, SDK-nın növbə rəisi Hüseyn Mənsimov və onun başına yığdığı işçiləri Cavid, Elşad, Nicat, Firuddin, Rüstəm və digərləri sözün həqiqi mənasında yağmaçılıqla məşğuldurlar. Hətta o da vurğulanırdı ki, Rusiyaya keçən hər bir avtobus onlara 5000 dollar verməzsə, onların keçidinə bütün maneələr yaradılıb. Və avtobuslar sərhəddə o qədər saxlanılır ki, içindəki məhsullar tamamilə sıradan çıxaraq, zay olurlar. Elə bu səbəbdən də məhsulu batmasın deyə məcbur olub pulu ödəyirlər. Bu əsnada JAM.AZ SDK-da baş verən digər məsələlərlə də bağlı məlumatlar əldə edib. Həmin məlumatlarda vurğulanır ki, Hüseyn Mənsimovun tətbiq etdiyi В«rüsumВ»lardan biri də Rusiyaya kiçik həcmdə yük keçirənlərlə bağlıdır. Belə ki, növbə rəisi kiçik həcmdə keçirilən yüklərə görə, 500-2000 manat pul tələb edir. Məbləğin dəyişməsinə səbəb isə aparılan məhsulun çeşidi ilə bağlıdır. Hər addımda insanlardan pul tələb edən gömrük işçilərinin bir başqa qazanc yeri də müsadirə edilən malların satışıdır. Bu barədə JAM.AZ-a verilən məlumatda deyilir ki, SDK-nın gömrük işçiləri Rusiyaya aparılan və ya gətirilən məhsullardan hər hansı birini müsadirə edərsə, bu həmin malın qısa müddətdən sonra bazarlara çıxarılması deməkdir. Yəni, həmin müsadirə olunan mallar ləğv edilməli olduğu halda gömrükçülər ondan böyük pullar qazanırlar. Belə ki, həmin malları özlərinə yaxın bildikləri adamlara sataraq, pula çevirirlər. Sənədlərdə isə guya, ləğv edildiyi, yandırıldığı qeyd edilir. Məlumat verən şəxslər bildirirlər ki, SDK-da gömrük işçiləri o qədər arxayın və özbaşınadırlar ki, hətta pul tələb etdikləri adam onların istəyinə yerinə yetirmək istəməsə, onu vura, döyə bilərlər. İddialara görə, bu yaxınlarda Rusiyaya əlində yük aparan yaşlı birini gömrük işçiləri döyüblər. Sonradan işi böyüməsin deyə, onun bir neçə dəfə yüklərinin keçməsinə köməklik göstəriblər ki, döyülən şəxs də sussun. Yazıda qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |