Əsas Səhifə > Güney Press / Ana xəbər > Şirvanda evi yanmış şəhid ailəsi küçələrdə qalır

Şirvanda evi yanmış şəhid ailəsi küçələrdə qalır


16-12-2014, 11:56
Şirvanda evi yanmış şəhid ailəsi küçələrdə qalır
10 yanvar 1994-cü ildə Ağdam rayonunda şəhid olmuş Yolçuyev Nizami Fərzi oğlunun ata evi 03 dekabr 2014-cü il tarixində tamamilə yanmışdır. Şəhid Yolçuyev Nizaminin böyüyüb boya-başa çatdığı ata evindən artıq heç bir əsər-əlamət qalmayıb. Şəhidin qardaşı Yolçuyev Nəsrəddin Fərzi oğlu REGiONAL.Az-a bildirir ki, anası Yolçuyeva Əzizə Hüseyn qızına məxsus olan, Şirvan şəhəri Nizami küçəsi ev 17 ünvanında 10 nəfərin yaşadığını bildirir. N.Yolçuyev bildirir ki, evləri yanmamışdan əvvəl N.Yolçuyev bazarda kartof-soğan sataraq ailəni dolandırırdı amma hadisə günü ailəyə məxsus olan bütün əşyaları, əllərində olar-olmaz pulları və s. ehtiyyacları evdə yanaraq kül oldu. Ailənin bütün fərdləri artıq 5 gündür ki çöllərdə qalır.
Şəhidin ailəsi başda ölkə başçısı cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycanın birinci xanımı xanım Mehriban Əliyevadan, Şirvan şəhərinin Millət Vəkili cənab Azay Quliyevdən, Şirvan şəhər İcra Başçısı cənab Mərdan Camalovdan, FHN Naziri cənab Kəmaləddin Heydərovdan , Millət Vəkili Qənirə xanım Paşayevadan onların bu qışın şaxtalı vaxtı küçələrdə qalmamaqları üçün şəhid qardaşlarının xatirinə onlara köməklik göstərmələrini xahiş edirlər. N.Yolçuyev deyir ki, "ailənin küçələrdə qalan 10 nəfər fərdi üçün də olmasa, körpə balalarımız üçün də olmasa, heç olmazsa Şəhid qardaşımızın xatirəsi üçün bizə köməklik etsinlər, bu qış vaxtı küçələrdə qalmayaq."
N.Yolçuyevin REGİONAL.Az-a verdiyi məlumata görə, şəhidin anası Yolçuyeva Əzizə Hüseyn qızına məxsus olan evdə 1971-ci il təvəllüdlü Yolçuyev Nəsrəddin Fərzi oğlu, 1976-cı il təvəllüdlü Yolçuyeva Xəyalə Əlihüseyn qızı, 2001-ci il təvəllüdlü Yolçuyeva Fatimə Nəsrəddin qızı, 2003-cü il təvəllüdlü Yolçuyeva Əzizə Nəsrəddin qızı, 1968-ci il təvəllüdlü Yolçuyev Ələddin Fərzi oğlu, 1967-ci il təvəllüdlü Yolçuyeva Rahilə İbrahim qızı, 1992-ci il təvəllüdlü Yolçuyev Elgün Ələddin oğlu, 1993-cü il təvəllüdlü Yolçuyev Orxan Ələddin oğlu, 1995-ci il təvəllüdlü Yolçuyev Elşən Ələddin oğlu və 1976-cı il təvəllüdlü Yolçuyeva Sahibə Fərzi qızı olmaqla 10 nəfər yaşayırdılar.



Geri qayıt